Reklam

Reklam

Hazırda Azərbaycanda 76 ölkədən 4971 əcnəbi tələbə təhsil alır ki, bu da ötən tədris ilinə nisbətən 14,4 faiz artıqdır.

Yeniçağ.Az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatda deyilir.

Qeyd olunur ki, hesabat dövründə ali təhsil müəssisələrinin beynəlxalq proqramlarda iştirakı və beynəlxalq əlaqələri daha da genişlənib. Avropa İttifaqının “Ali təhsil sahəsində potensialın gücləndirilməsi” komponenti üzrə ölkəmizin universitetləri tərəfindən 30-dan artıq layihə təqdim edilib, ilkin mərhələdə 11 layihə seçilib.

Ötən il Azərbaycan ali təhsil müəssisələri ilə xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlıq haqında bir sıra sazişlər və memorandumlar imzalanıb.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 49
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."