!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölkədə xeyriyyəçilik mədəniyyəti: Əsas hədəflər bəlli oldu

!Reklam – Yazi

“Hədəflərimizdən biri özəl və dövlət sektoru ilə əməkdaşlıq edərək, onların dəstəyi ilə daha da böyük layihələri həyata keçirməkdir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Azərbaycan Tarixi Muzeyində “For Azerbaijan” Xeyriyyə Təşkilatı tərəfindən fevralın 13-də elan olunmuş qrant müsabiqəsinin nəticələrinin təqdimat mərasimi ilə bağlı fikirlərini bölüşən “For Azerbaijan” təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Emil Həsənov deyib.

Onun sözlərinə görə, əsas hədəflərindən biri miqyaslı layihələri davamlı olaraq həyata keçirməkdir:

“Bugünki tədbirimiz bu günə kimi və bundan sonra olan fəaliyyətimizdəki yenilikləri əks etdirmək, gördüyümüz işlər və əməkdaşlıqlar gələcəkdəki görüşümüzü və missiyamızı paylaşmaq üçündür. Bizim əsas hədəflərimizdən biri miqyaslı layihələri davamlı olaraq həyata keçirməkdir. Bunun üçün cəmiyyət olaraq, artıq ölkəmizdə xeyriyyəçilik mədəniyyətini növbəti mərhələyə çatdırmaqdır. Burada ən önəmli məqamlardan biri koorporativ sosial məsuliyyət siyasətinin inkişafına dəstək olmaqdır. Hədəflərimizdən biri özəl və dövlət sektoru ilə əməkdaşlıq edərək, onların dəstəyi ilə daha da böyük layihələri həyata keçirməkdir”.

İsmayıl Bakuvi

www.yenicag.az

184
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv