!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölkədə yeni siyasi KONFİQURASİYA: “Partiyaların formalaşmasının klassik nümunəsi...” – Sabiq dövlət müşaviri

!Reklam – Yazi

“Cəmiyyətin siyasi həyatında ciddi təmərküzləşməyə ehtiyacın olduğu əksəriyyət tərəfindən qəbul edilir”.

Bu fikirləri ölkənin siyasi həyatında yeni konfiqurasiyanın formalaşma prosesinin vüsət aldığını vurğulayan keçmiş dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, bu prosesin yekununda cəmiyyət ən çoxu səkkiz-on partiyanın yer aldığı siyasi konfiqurasiyaya qovuşacaq:

“Hesab edirəm ki, yeni qanunun qəbulundan sonra ölkədə yeni siyasi konfiqurasiya formalaşır. Bunun əsasında isə həm siyasi təmərküzləşmə dayanacaq, həm də əhalinin daha geniş təbəqələrini özündə birləşdirən, eyni zamanda siyasi proseslərə təsir etmək imkanında olan partiyalar ön plana çıxacaq.

Yəni bu günə qədər ciddi təsir imkanlarından məhrum, elektoral bazası yox dərəcəsində olan bir çox partiyalar tədricən sıradan çıxmaqdadırlar və bu proses davam edəcək. Çünki cəmiyyətin siyasi həyatında ciddi təmərküzləşməyə ehtiyacın olduğu əksəriyyət tərəfindən qəbul edilir.

O baxımdan, Azərbaycan kimi əhalisinin sayı on milyon civarında olan bir ölkədə qeydiyyatdan keçmiş altmışa yaxın partiyanın mövcudluğu heç də normal görünmür. Zənnimcə, cəmiyyətdə partiyaların formalaşmasının klassik nümunəsi yaranmaqda olan yeni siyasi konfiqurasiya ilə müəyyənləşəcək.

Bu düzən sayəsində cəmiyyət ən çoxu səkkiz-on partiyanın yer aldığı siyasi konfiqurasiyaya qovuşacaq. Cəmiyyətin siyasi əsasını da məhz bu quruluş təşkil edəcək”.

A.Zeynalov

www.yenicag.az

300
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv