Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

"Ölkədən gedəcəm, sükut pozulacaq" - Anar Nağılbazın dərdi nədir?

Tanınmış reper Anar Nağılbaz yaxın zamanlarda yeni biznes fəaliyyətinə başlayacaq. “Repin atası” gəlir mənbəyini də açıqlayıb.

Yenicag.az-a açıqlama verən reper şəxsi biznesi hesabına yaradıcılığındakı durğunluğu aradan qaldırmağı planlaşdırıb:

“Hazırda qazancım klub, diskoteka və restoranlardakı çıxışlarımdan çıxır. Eyni zamanda, tələbələr yetişdirirəm. Hər halda dolanışığa bəs edir. Amma yaxın zamanlarda bizneslə məşğul olmağı düşünürəm. İstəyirəm öz adıma bir klub açım. Bu çoxdankı ideya idi, reallaşdırmağın zamanıdır. Vaxtı ilə kafem, restoranım, klubum və prodüser mərkəzim olub. Düzdür qaz vurub, qazan doldurmadım, amma ordan əldə etdiyim gəliri dolanışığıma, sənətimə sərf etdim. Əlbəttə biznesi batırmasam da, müəyyən səbəblər üzündən həmin işləri axıra qədər davam etdirə bilməmişəm. Artıq yenidən bu işlə məşğul olmaq istəyirəm. Qazancımı yaradıcılığıma sərf edəcəyəm”.

Nağılbaz yaxın günlərdə yeni klip çəkilişlərinə başlayacağını, eyni zamanda kino fəaliyyəti ilə məşğul olağaçını bildirib: “Yeni bir klip gəlir. Bu klip xarici ölkələrin birində çəkiləcək. Çəkiliş üçün yaxın günlərdə ölkədən gedəcəm. Sükut pozulacaq”

Qeyd edək ki, Anar Nağılbaz keçmiş deputat Rizvan Cəbiyevin oğludur.

Cəvahir

www.yenicag.az

2580
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM