!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölkədən qaçan şəxsin ALİMENT ÖHDƏLİYİ: “Ödənişin digər ailə üzvlərinə yönləndirilməsi...”

!Reklam – Yazi

“Həmin ölkədə müvafiq məhkəmə qərarı qəbul edilərsə, onun icrası isitqamətində addımlar atılır”.

Bu fikirləri aliment öhdəliyinin digər ailə üzvlərinə yönləndərilməsi ilə bağlı məsələyə aydınlıq gətirən hüquqşünas Ceyhun Cəfərli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanın Ailə Məcəlləsində bir-birinə aliment öhdəliyi olan ailə üzvlərinin siyahısı mövcuddur:

“Aliment öhdəliyinin babanın, yaxud nənənin təqaüdünə yönləndirilməsi yalnız şəxsin ödəmək imkanının olmadığı təsdiqlənəcəyi təqdirdə mümkündür. Yəni aliment ödəməli olan şəxsin obyektiv səbəblərdən alimenti ödəyə bilməməsi araşdırılmalı və öz təsdiqini tapmalıdır.

Belə olan halda məsələyə məhkəmədə baxılması mümkündür. Məhkəmə araşdırması nəticəsində isə mövcud aliment babanın, yaxud nənənin pensiyasına yönləndirilə bilər.

Lakin bu, bir daha qeyd etmək lazımdır ki, obyektiv səbəblərdən dolayı ödəmənin mümkün olmadığı hallara şamil edilir. Aliment ödəməli olan tərəf əgər müvəqqəti ölkə xaricindədirsə, yaxud öhdəlikdən yayınmaq üçün qaçıbsa, məhkəmə onun olduğu ölkəyə müvafiq sorğu göndərməlidir.

Həmin ölkədə müvafiq məhkəmə qərarı qəbul edilərsə, onun icrası isitqamətində addımlar atılır. Bir sözlə, alimentin digər ailə üzvlərinə yönləndirilməsi üçün keçilməli olan bir sıra prosedurlar var”.

Nəsimi Ələsgərli

www.yenicag.az

2041
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv