!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölkələr arası münasibətdə artan GƏRGİNLİK: "Rusiyaya sərf edir ki...." - ŞƏRH

!Reklam – Yazi

“Erməni tərəfinin təxribatları lokal toqquşmalara gətirib çıxara bilər”.

Bu sözləri Ermənistan-Azərbaycan dövlət sərhədində və Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdə atəşkəsin pozulmasına münasibət bildirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Polisinin keçmiş rəisi, ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmovun sözlərinə görə, gərginlik artan xətt üzrə inkişaf edəcək:

“Əvvəl Arayik Arutyunyanın, ardınca Ruben Vardanyanın Moskvaya getməsi və qayıtmasından sonra müəyyən ərazilərimizdə atəşkəsin pozulması halları müşahidə olundu. Bilirik ki, onlar Moskvaya elə belə getməmişdilər, təlimat almaq üçün çağırılmışdılar.

Ermənistan tərəfində Avropa İttifaqının monitorinq mərkəzi yaranıb. Həmin Mərkəzdə atəşkəsin pozulmasını qeydə alırlar. Erməni tərəfi atəşkəsi bilərəkdən pozur ki, Avropada Azərbaycan tərəfinin atəşkəsi pozmasını bağırsınlar. Erməni tərəfi o missiyanın əli ilə Azərbaycana təzyiqlər göstərmək istəyir. Bu heç cür alınan deyil. Azərbaycanla Ermənistan arasındakı sərhədlər demarkasiya və delimitasiya olunmayıb. Sərhədlər tanınmır. Əvvəl sərhədi müəyyən etmək lazımdır, sonra bu barədə danışmaq.

Gərginliyin artırılması həm də Rusiyaya sərf edir. Rusiya istəyir ki, Cənubi Qafqazda daim gərginlik olsun. Putinin də dünən Ukrayna ilə bağlı müraciəti olub. Ukrayna müharibəsi fonunda Cənubi Qafqazda gərginliyin olması Putinə də sərf edir. Bu gərginliklə Qərbin başı iki istiqamətdə qarışmış olur.

Qarabağda qanunsuz erməni silahlı dəstələri nizami ordu quruculuğuna keçir. Artıq hərbi hissələr yaradırlar. Buna Rusiyanın sülhməramlı kontingenti açıq-aydın göz yumur. Hesab edirəm ki, Azərbaycan artıq qəti addımlar atmalı, tədbirlərini görməlidir. Gərginlik artan xətt üzrə davam edəcək. Belə olan halda lokal toqquşma qaçılmaz olacaq. Ona görə də Azərbaycan tərəfi qəti addımlar ataraq hakimiyyətini o ərazidə qurmalıdır”.

Səxavət Məmməd

www.yenicag.az

490
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv