!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölkələrarası ticarət dövriyyəsində gözlənilən  artım: "Sadələşdirilmiş gömrük prosesinin əlçatan olması üçün..."  - RƏY

!Reklam – Yazi

“Bu dövlətlərin birliyi üçün iqtisadi əlaqələrin də möhkəmliyi əsas şərtdir”.

Bu fikirləri Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında sadələşdirilmiş gömrük sazişinin müsbət cəhətlərini şərh edən iqtisadi ekspert Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, adıçəkilən sazişin tətbiqi yaxın dövr üçün nəzərə alınıbsa, bu məqsədlə bir çox işlər görülməlidir.

“TDT dövlətləri arasında imzalanan bu saziş sayəsində gömrük prosedurlarında zamana daha çox qənaət ediləcək. Bununla da ölkələr arasında ticarət dövriyyəsinin artma ehtimalı daha da yüksəlir. Nəticə etibarilə türk dilli dövlətlərin daha da yaxınlaşmasına xidmət edəcək. Çünki bu dövlətlərin birliyi üçün iqtisadi əlaqələrin də möhkəmliyi əsas şərtdir. Məhz bu əlaqələr sayəsində sözügedən dövlətlərin birliyi formal deyil, möhkəm təməllər üzərində qurulur və belə də davam edəcək. Bu, ölkə vətəndaşlarının bu dövlətlərə olan marağını da artacaq. Sözsüz ki, bu da iqtisadi münasibətlərə müsbət mənada təsir edəcək.

Eyni zamanda Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin həcmi nəzərə çarpacaq dərəcədə arta bilər. Düşünürəm ki, bu işin yaxın dövr üçün əlçatan olmasını istəyiriksə, xeyli tədbirlər görülməlidir. Həmçinin dövlətlərarası elektron məlumat mübadiləsi yaradılmalıdır ki, sadələşdirilmiş gömrük prosesi əlçatan hala salsın”.

Yusif Səmədzadə

www.yenicag.az

827
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv