!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölkələrdəki inflyasiyanın tur qiymətlərinə təsiri: Tətil planlayanlar bunu etməlidirlər – TÖVSİYƏ / AÇIQLAMA

!Reklam – Yazi

“Avropada, Türkiyədə və Rusiyada baş verən inflasiya bu ölkələrdəki xidmətlərin qiymətinə təsir edə bilər”.

Bu fikirləri Azərbaycan vətəndaşlarının səyahət etdiyi ölkələr və həmin ölkələrdə istirahət qiymətləri haqda danışan turizm eksperti Samir Dübəndi Yenicag.az-a açıqlamasında səsləndirib.

Samir Dübəndi bildirib ki, vətəndaşlarımız ən çox Türkiyəyə səyahət edirlər:

“Xatırlatmaq istərdim ki, ötən il Türkiyəyə 44 milyon 564 min 395 nəfər xarici turist səfər etmişdi, onların 683 min 834 nəfəri Azərbaycan vətəndaşları idi. Pandemiyadan əvvəl isə Türkiyəyə səyahət edən azərbaycanlı sayı 900 mini ötürdü.

Bununla yanaşı, vətəndaşlarımız digər ölkələrə də səfər edirlər. Burada müxtəlif səbəbləri nəzərdən keçirmək olar. Məsələn, alış-veriş, dəniz turizmi, müalicə, etnik turizm, ekstrim, işgüzar turizm və sair səbəbləri sadalamaq olar. BƏƏ, Avropa ölkələri, Rusiya, Gürcüstan kimi ölkələr Azərbaycan turistlərinin ən çox səyahət etdiyi ölkələr sırasındadır”.

S.Dübəndi turizm qiymətlərinin necə olacağı barədə də danışıb:

“Qiymətlər baxımından xarici turlarda yüksək artım müşahidə edilmir. Amma Avropada, Türkiyədə və Rusiyada baş verən inflasiya bu ölkələrdəki xidmətlərin qiymətinə təsir edə bilər. Tövsiyə etmək istərdim ki, vətəndaşlar istirahət və yaxud işgüzar səfərlərini öncədən planlasınlar. Bu halda daha çox təklifləri, o cümlədən alternativ qiymətləri nəzərdən keçirmək mümkün olur”.

Şahanə Paşa

www.yenicag.az

1444
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv