!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölkəmizdə kriptovalyuta: "Vergi çox tutulur, buna görə də..." - RƏY

!Reklam – Yazi

Hal-hazırda dünyanın ən tələbatlı və gəlirli sahələrindən biri də kriptovalyutadır. Bundan əlavə, “dropshipping”, “trading”, “online salesforce” kimi sahələr insanların ən çox üz tutduğu onlayn karyera imkanlarıdır. Amma ölkəmizdə bu sahələrə çox çıxış yoxdur. Çıxış olsa belə, müxtəlif səbəblərdən dolayı bu sahələrdə çalışmaq çətinləşib.

Bəs bunun səbəbi nədir? Niyə Azərbaycanda dünyanın ən gəlirli sahələri üzrə onlayn karyera qurmaq çətindir?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, adətən problemlər bank kartı səbəbilə olur:

“Bizdə kriptovalyutalar üzrə işləmək üçün bank kartlarına ehtiyac var. Amma həmin kartlarla xarici platformalardan alış-veriş edərkən 18 faizlik əlavə dəyər vergisi tutulur. Ona görə də bu işlə məşğul olan azərbaycanlılar xarici kartlara üstünlük verirlər. Yəni Türkiyədə, Gürcüstanda və s. ölkələrdən bank kartları alırlar. Bu sahə tamamilə tənzimlənə bilmir. Siz əşya da alsanız, kriptovalyuta da alsanız, vergi tutulur. O səbəblə də Azərbaycan vətəndaşları digər ölkələrin bank kartlarından istifadə edirlər”.

Şahanə Paşa

 

www.yenicag.az

305
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv