!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölkəmizdən Türkiyəyə səfərlərdə AZALMA: "Zəlzələ, pandemiya, müharibə və..." - MÜXTƏLİF YANAŞMALAR

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, bu il Türkiyəyə səyahət edən azərbaycanlıların sayı azalıb. Belə ki, ötən ilə nisbətən 14.7% azalma var.

Bəs bunun səbəbi nə ilə əlaqəlidir? Maddi faktorlar, yoxsa zəlzələ?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən turizm eksperti Ceyhun Aşurov bildirib ki, bu il elə də ciddi azalma olmayacaq:

“Yanvar-may aylarındakı azalmanın səbəbi zəlzələdən qaynaqlanır. Bir müddət səyahətlər dayandı və uçuşlar təxirə salındı. Təbii ki, ölkəmizin vətəndaşlarına da bu vəziyyət təsir etdi. Qarşıdakı aylarda Türkiyəyə səfərlər artacaq.

Bildiyiniz kimi, Türkiyə ən çox səyahət edilən 10 ölkədən biridir. Düşünürəm ki, bu il də vəziyyət fərqli olmayacaq. Zəlzələdən sonra Türkiyə özünü bərpa etməyi bacarır. Artıq turizm məkanları istifadəyə verilib. Nəzərə alsaq ki, Türkiyə bir çox ölkədən viza tələb etmir, quru sərhədlər var, turistlər üçün əlçatandır. Xırda geriləmənin də səbəbi zəlzələdir. İl sonunda statistikaya baxsaq, görəcəyik ki, Türkiyə kifayət qədər turist qəbul edib”.

Digər bir tərəfdən Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi bildirib ki, nəinki Türkiyəyə, Azərbaycandan digər ölkələrə gedən turistlərin sayında azalma var:

“Pandemiyadan sonraki illərdə turist sayında dəyişiklik müşahidə olunub. Səbəblər çoxdur. Amma ilkin səbəb bahalaşmadır. Təyyarə biletlərinin və otellərin qiyməti qalxıb. Ona görə də xaricə getmək çətin bir proses halına gəlib.

Rusiya-Ukrayna arasında olan müharibənin də müxtəlif təsirləri var. Vətəndaş fikirləşir ki, birdən gedərəm, yollar bağlanar, qalaram orda. Bunlar məsələnin mənəvi tərəfidir. May ayı üzrə olan statistikasına baxsaq, ölkəmizə gəliş gedişdən daha çoxdur. 38 faiz artım var. Düzdür, koronavirusdan əvvəlki rəqəmlərə çata bilməmişik. Amma irəliləyiş var”.

Şahanə Paşa

www.yenicag.az

817
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv