Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ölkəmizin "Avroviziya"dakı rəqibləri bəlli oldu - FOTOLAR

May ayının 12, 14 və 16-da Hollandiyanın Rotterdam şəhərində keçiriləcək sayca 65-ci “Avroviziya” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin çıxış edəcəyi yarımfinal müəyyənləşib.

Yenicag.az xəbər verir ki, bu barədə “Avroviziya Fanlarının Beynəlxalq Şəbəkəsi” “İNFE Azerbaijan” məlumat paylaşıb.

Xəbərə əsasən, Azərbaycan 2016-cı ildə olduğu kimi, birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.

Təmsilçimizlə birlikdə finala çıxmaq uğrunda mübarizə aparacaq ölkələr aşağıdakılardır.

1-ci yarımfinal: Şimali Makedoniya, Belarus, Latviya, İsveç, Sloveniya, Avstraliya, İrlandiya, Rusiya, Norveç, Kipr, Xorvatiya, Azərbaycan, Malta, İsrail, Ukrayna, Rumıniya, Belçika

2-ci yarımfinal: Avstriya, Moldova, Polşa, San Marino, Serbiya, İslandiya, Çexiya Respublikası, Yunanıstan, Estoniya, Danimarka, Bolqarıstan, İsveçrə, Finlandiya, Ermənistan, Latviya, Gürcüstan, Portuqaliya, Albaniya

Beynəlxalq musiqi müsabiqəsinin keçirməsində böyük əməyi olan qızıl beşlik ölkələri Fransa, Böyük Britaniya, İspaniya, İtaliya və Almaniya ötən illərdəki kimi yarımfinallarda deyil, birbaşa “Avroviziya”nın final mərhələsində çıxış edəcəklər.

Qeyd edək ki, Azərbaycan “Avroviziya”da 13-cü dəfə iştirak edəcək. İctimai Televiziyanın (İTV) rəsmi “Facebook” hesabında “Avroviziya” müsabiqəsinə gedəcək müğənni seçiminə və mahnı qəbuluna start verildiyi barədə məlumat yerləşdirilib.

Bu il Azərbaycanın “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin nümayəndə heyətinin rəhbəri Leyla Quliyevadır. Ötən illərdə olduğu kimi, bu il də seçim turu İTV-də qapalı keçiriləcək. Azərbaycanı müsabiqədə təmsil edəcək namizədin kimliyi isə fevral ayında açıqlanacaq.

www.yenicag.az

825
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100