!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölkəmizin beynəlxalq nəqliyyat dəhlizi cəhətdən ÖNƏMİ: “Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirmək üçün...”

!Reklam – Yazi

“İkinci Qarabağ müharibəsindən əvvəlki dövrdə də ciddi addımlar atılmayıb“.

Bu sözləri Naxçıvanın dəmiryolu infrastrukturu və Zəngəzur dəhlizi üçün hazırlıq işlərinə münasibət bildirən iqtisadçı ekspert Toğrul Vəliyev Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, bu günədək Naxçıvanıın dəmiryolu infrastrukturuna dair bir çox fikirlər səsləndirilməyinə baxmayaraq, təəssüf ki, ideya xarakteri daşıyaraq icra edilməyib:

“Öncə, bunu bildirim ki, “Naxçıvan MR-in sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 8.7.7-ci bəndində qeyd olunduğu kimi, dəmiryol infrastrukturunun yenidən qurulması ən yaxşı halda 2027-ci ildə bitəcək. Ümumiyyətlə, Naxçıvan dəmiryolu infrastrukturuna təkcə beynəlxalq nəqliyyat dəhlizi cəhətdən baxmaq lazım deyil. Çünki ilk olaraq bu məhz Azərbaycanın Naxçıvanla birləşdirilməsi cəhətdən əhəmiyyət daşıyır.

Bilirik ki, bu nəqliyyat əlaqəsinin qurulması bizim üçün problematik xarakter daşıyır. Naxçıvana sərnişin yalnız təyyarə ilə gedə bilir. Məhsullar isə İran ərazisindən keçməklə oraya çatdırılır. Əlbəttə ki, dəmiryol insfrastrukturunun inkişafı məhz bu cəhətdən lazımdır.

Təəssüflər olsun ki, bu günədək bu istiqamətdə hətta İkinci Qarabağ müharibəsindən əvvəlki dövrdə də ciddi addımlar atılmayıb. Baxmayaraq ki, bir çox layihələr səsləndirilib. Bura İran vasitəsilə dəmir yolunun təmin edilməsi kimi fikirlər də daxil idi. Lakin bunların hamısı layihə olaraq qaldı. İndi də qeyd edilən proqram və planlar elan xarakterindən hərəkət mexanizminə keçsə, daha yaxşı olar. Əlbəttə ki, Naxçıvanı Azərbaycanın əsas hissəsilə birləşdirmək üçün Zəngəzur dəhlizi vacib rol oynayır. Bu isə Azərbaycanla Ermənistan arasındakı münasibətlərdən asılıdır. Amma ümumən, oradakı dəmiryol sistemini inkişaf etdirmək lazımdır ki, hər an dəhlizin iş mexanizminə hazır olsun”.

Yusif Səmədzadə

www.yenicag.az

1015
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv