!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölkəmizin dünya bazarındakı RƏQABƏTLİLİYİ: "Bu, hökumətin bəyanatına tamamilə ziddir"

!Reklam – Yazi

“Dünya bazarında Azərbaycanın qeyri-neft məhsullarının rəqabət qabiliyyəti zəifləyir”.

Yenicag.az xəbər verir ki, bu sözləri dünya bazarında Azərbaycanın qeyri-neft məhsullarına olan tələbatla bağlı mövcud vəziyyəti analiz edən iqtisadçı Rövşən Ağayev deyib.

O, qeyd edib ki, manatın nominal effektiv məzənnəsinin sürətlə və davamlı bahalaşdığı şəraitdə inflyasiyanın əsas ticarət partnyorlarına nisbətən yüksək olması iqtisadi inkişafa, xüsusən ixraca ağır zərbədir:

“Son iki ildə Azərbaycanda inflyasiya səviyyəsi ticarət partnyorlarının orta çəkili inflyasiya səviyyəsindən yüksək olduğu üçün manatın real effektiv məzənnəsi daha üstün sürətlə bahalaşır. Təkcə bu il ərzində manatın nominal effektiv məzənnəsi 7.3%, real effektiv məzənnəsi 8.8% bahalaşıb. Real effektiv məzənnənin bahalaşma tempi 2014-cü ildən sonra ən yüksək həddədir. Hökumət inflyasiyanın daha aşağı səviyyəsinə nail olsaydı, yüksək templi nominal bahalaşmanın müəyyən hissəsi aşağı inflyasiya sayəsində daha aşağı göstərici ilə real effektiv məzənnəyə ötürülərdi. Müşahidə edilən meyl nəticəsində dünya bazarında Azərbaycanın qeyri-neft məhsullarının onsuz da zəif olan rəqabət qabiliyyəti daha da zəifləyir.

Doğrudur, Azərbaycanın qeyri-neft məhsul çeşidi və ixrac potensialı onsuz da böyük deyil. Amma hazırkı məzənnə siyasəti səbəbindən asılı olmayaraq hökumətin “qeyri-neft ixrac potensialı bizim üçün 1 nömrəli prioritetdir” bəyanatlarına tamamən ziddir. Məsələ təkcə qeyri-neft ixracatının rəqabət potensialının zəif saxlanmasında deyil. Bu cür məzənnə şərtləri idxalı daha ucuz və sərfəli edir”.

Gülşən Şərif

www.yenicag.az

456
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv