!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölkəmizin internet PROBLEMİ: “Qondarma şirkətlərdən istifadə etdikdə...” - AÇIQLAMA

!Reklam – Yazi

Ölkəmizdə əhalinin ən çox şikayət etdiyi məsələlərdən biri də internet sürətidir. Belə ki, bir çox evlərdə müxtəlif provayderlər quraşdırılsa da, keyfiyyət həmişə qənaətbəxş olmur.

Bunun səbəbi nədir? Niyə ölkəmizdə yüksək keyfiyyətli internet şəbəkəsi təmin edilmir?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən İKT üzrə ekspert Azər Sanili bildirib ki, ölkəmizdə internet sahəsi üzrə müəyyən inkişaf qət edilib:

“Hal-hazırda Tovuzun ən ucqar kəndində belə internet var. Son illərdə sürət artmağa başlayıb. Müxtəlif layihələr icra edilir.

Amma şikayətlər varsa, bu ərazidən və ya şəbəkənin necə təmin olunduğundan asılı ola bilər. Məsələn, qəsəbələrdə quraşdırılan “DSL” internetlərin sürəti və keyfiyyəti zəif olur. Çünki telefon qovşaqlarındakı xətlər və avadanlıqlar köhnədir. Buna görə də cəmi 8 mb/s internet əldə etmək olur.

Lakin etibarlı mənbələrdən əldə etdiyim məlumata görə, gələn ilə kimi Bakı interneti tamamilə optikləşəcək.

Onu da qeyd edim ki, balaca və ya qondarma provayder şirkətlərindən təmin etdiyiniz internet problemlərə səbəb ola bilər. Yaxşı şirkətlərlə əməkdaşlıq etdikdə, belə məsələlər baş vermir”.

Şahanə Paşa

www.yenicag.az

603
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv