!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölkəni qarışdıran dəhşətli QATAR QƏZASI: Yunanıstanı etiraz aksiyaları bürüyür - TOQQUŞMA

!Reklam – Yazi

Bir neçə gün əvvəl baş verən və onlarla insanın həlak olması ilə nəticələnən qatar qəzası Yunanıstanda kütləvi etirazlara səbəb olub.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, ölkənin dəmir yollarında təhlükəsizliyin təmin olunmamasına etiraz edən minlərlə insan paytaxt Afinada və digər şəhərlərdə küçələrə çıxıblar.

Məlumata görə, xüsusi təyinatlılar parlament binasına yaxınlaşaraq təhlükəsizlik qüvvələrinə hücum çəkən narazı kütləyə qarşı gözyaşardıcı qazdan və səs qumbaralarından istifadə edib.

Tələbələr və solçu qruplar tərəfindən təşkil olunan etiraz aksiyalarının səbəbi Yunanıstanın dəmir yollarında təhlükəsizlik qaydalarının təmin edilməməsidir.

Qeyd olunur ki, bu çərçivədə ən kütləvi etiraz aksiyası dəmir yol qəzasının baş verdiyi ərazinin yaxınlığında yerləşən Larisa şəhərində keçirilib.

www.yenicag.az

449
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv