!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölkənin iqtisadi inkişafına mənfi təsir göstərən AMİLLƏR: Dünya bazarında bahalaşma nəyə görə Azərbaycanda qiymətlərə təsir edir?

!Reklam – Yazi

“Xaricdən gətirilən quru süd ölkəmizdə süd halına salınır, amma yerli istehsal sayılır”.

Bu sözləri yerli istehsalla bağlı vəziyyəti analiz edən iqtisadçı Natiq Cəfərli Yenicag.az-a açıqlamasında deyib.

O, qeyd edib ki, yerli istehsalla bağlı real vəziyyət ürəkaçan deyil və bu, ölkənin iqtisadi inkişafına mənfi təsir göstərməkdədir:

“Postsovet məkanında yeganə xalq azərbaycanlılardır ki, dövlətdən çox şey istəmirlər. Sadəcə pul qazanmaq üçün onlara maneə yaradılmamasını istəyirlər. Vətəndaş yaxşı qazananda dövlət də bu vəziyyətdən faydalana bilir. Ərzaq məhsulları ilə bağlı ən böyük problem odur ki, statistik məlumatlar doğru deyil. Guya əhali ərzaq məhsulları ilə 50 faiz təmin edilir. Bu, tamamilə yanlış məlumatdır.

Biz marketə girəndə yerli məhsul kimi ən çox müxtəlif adlı çaylara rast gəlirik. Halbuki onların heç biri Azərbaycan istehsalı deyil. Həmin çaylar Şri-Lanka və Nepaldan alınan dördüncü növ ən keyfiyyətsiz çaylardır. Azərbaycanın öz istehsalı olan çaylar isə çox baha qiymətə xarici dövlətlərə satılır.

Bundan əlavə, digər problem süd və süd məhsulları ilə bağlıdır. Xaricdən gətirilən quru süd ölkəmizdə süd halına salınır, amma yerli istehsal sayılır.

Statistika doğru aparılmadığına görə, xaricdən asılılığımızın səviyyəsini düzgün bilmirik. Bu qədər asılılığın olması isə Azərbaycan iqtisadiyyatını xarici bazarlardakı təsirlərdən sığortalaya bilmir. Ona görə də dünya bazarında qiymət dəyişəndə, Azərbaycanda da qiymətlər dəyişir və bahalaşır”.

Gülşən Şərif

www.yenicag.az

342
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv