!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ölkənin siyasi həyatındakı passivliyə görə hakimiyyəti qınamaqdansa...” – Partiya sədri

!Reklam – Yazi

“Görünür, həmin partiyaların nə üzvlərinin sayı, nə də strukturlarının hazırlığı üzə çıxarılacaq vəziyyətdə olmayıb”.

Bu fikirləri yeni qanunvericiliyə uyğunlaşa bilməyən bir sıra partiyaların birləşməkdənsə, fəaliyyətlərini dayandırmağa üstünlük vermələrinə münasibət bildirən Yeni Zaman Partiyasının (YZP) sədri Musa Ağayev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, həmin partiyaların siyasi meydandan çəkilmələri daha çox subyektiv səbəblərlə bağlıdır:

“Yeni qanunun qəbulundan sonra siyasi partiyaların fəaliyyəti məlum şərtlərin yerinə yetirilməsinə, üzvlərin sayını tələb olunan beş min nəfər həddinə çatdırmağa yönəlib. Ancaq məlum olduğu qədər müəyyən partiyalar fəaliyyətlərini genişləndirməyə cəhd göstərməkdənsə, kənara çəkilməyə qərar verirlər.

Bu, əlbəttə ki, təəssüf doğurur. Düzdür, ölkədə siyasi fəaliyyətlə bağlı müəyyən problemlər ola bilər. Lakin siyasi həyatdakı passivliyə görə hakimiyyəti qınamaqdansa, partiyaların özləri də fəallıq göstərməli, iş görməlidirlər. Yəqin ki fəaliyyətin dayandırılması iş görməkdən daha rahat olduğu üçün bu variant seçilir.

Həmin partiyaların niyə birləşməmələrinin və imkanlarını bir araya gətirmələrinin bir çox səbəbləri var. Fikrimcə, o səbəblərin çoxu subyektiv xarakterlidir. Belə düşünürəm ki, fəaliyyətini dayandıran partiyalar birləşmək üçün öz resurslarını təklif etməlidirlər.

Görünür, həmin partiyaların nə üzvlərinin sayı, nə də strukturlarının hazırlığı üzə çıxarılacaq vəziyyətdə olmadığından, fəaliyyətlərini dayandırmağı daha doğru addım hesab ediblər. Eyni zamanda birləşmək prosesində partiyaya rəhbərlik, seçkili orqanlarda təmsilçilik nisbəti və başqa məsələlər də bu addımın atılmasına təsir göstərib”.

A.Zeynalov

www.yenicag.az

394
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv