!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölkəyə slikon qablarda gətirilən narkotikin dövriyyəsinin qarşısı alındı

!Reklam – Yazi

Ölkəyə slikon qablarda gətirilən narkotik vasitələrin dövriyyəsinin qarşısı alınıb.

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ölkə ərazisinə İrandan qeyri-ənənəvi üsullarla göndərilən narkotik vasitələrin dövriyyəsinin qarşısının alınması məqsədilə növbəti əməliyyat keçirib.

Tədbirlərlə Cəlilabad rayon sakini 1984-cü il təvəllüdlü Mübariz Ağayev paytaxt ərazisində saxlanılıb. Ondan təmir işlərində istifadə olunan qara rəngli slikon qablarda yerləşdirilən 6 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkar edilib. M.Ağayev həmin narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı “Sadıx” adlı şəxsin tapşırığı ilə karqo şirkətlərindən birindən slikon qabların içərisində yerləşdirilmiş formada əldə etdiyini bildirib.

www.yenicag.az

194
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv