!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölmədiyi iddia edilən Priqojinin fotoları yayıldı - FOTO

!Reklam – Yazi

Təyyarə qəzasında öldüyü elan edilən Yevgeni Priqojinin ölmədiyi iddiaları mətbuatda geniş yer alarkən, Vaqner liderinin müxtəlif qiyafələrdəki fotoşəkilləri yayılıb.


Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Priqojinin qalın saqqallı, eynəkli və əcnəbi hərbi geyimlərlə müxtəlif maskalara bürünmüş fotoşəkilləri onun hələ də sağ olduğu və maskalı halda gizləndiyi iddialarını gücləndirib.

Priqojinin olduğu bildirilən təyyarə Rusiyanın Tver şəhərində qəzaya uğrayıb. Onun ölüm xəbərindən sonra ən çox diqqət çəkən mesaj Rusiya Prezidenti Vladimir Putindən gəlib. Putin şəxsi təyyarədə həlak olanların ailələrinə başsağlığı verdiyi mesajında ​​”Priqojin taleyi mürəkkəb olub, lakin istedadlı bir insan idi və həyatında ciddi səhvləri var idi”, – deyib.

4 il əvvəl Konqo Demokratik Respublikasında (DRC) An-72 nəqliyyat təyyarəsinin qəzaya uğramasından sonra Priqojinin öldüyü elan edilib. Təyyarədə iki rusiyalının, o cümlədən DRC prezidentinin qərargahının olduğu açıqlanıb. Lakin qəzadan üç gün sonra Vaqner rəhbəri yenidən peyda olub.

Xatırladaq ki, iyun ayında Priqojinin Kremlə qarşı silahlı üsyan başlatmaq cəhdinin uğursuz olmasından sonra Rusiya hakimiyyətinin Vaqner liderinin evindən onun adından səyahət edən mümkün klonlar üçün əlavə pasportlar saxladığını göstərən sənədləri sızdırdığı bildirilir. /azxeber.com/

www.yenicag.az

455
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv