!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölüm hökmü TƏLƏBİ: "Bu, insanlara qarşı zorakılıqdır”- Hüquqşünasdan AÇIQLAMA

!Reklam – Yazi

“İndiki dövrdə qadınlarla yanaşı kişilər də şiddətə məruz qalır”.

Bunu artan qadın qətllərinin qarşısının alınması fonunda ölüm hökmünün bərpasının istənilməsinə münasibət bildirən hüquqşünas Babək Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, ölüm cəzası zorakılıq cinayətlərinin qarşısını almaq üçün çıxış yolu deyil:

“Azərbaycanda ölüm hökmü 1998-ci il fevralın 10-da ləğv edilib. Ölüm hökmünə məhkum edilmiş, cəzası icra olunmayan 128 nəfər var. Bu zaman ölüm hökmü verilən şəxslərin cəzası ömürlük həbslə əvəz olunub. Bir sözlə ölüm hökmü konstitusiyada qanuni olaraq ləğv edilib. Lakin istisnalar var. Ölüm cəzası insanlara qarşı zorakılıq hesab edilir.

Bu üsul cinayətlərin qarşısını almağa çox az təsir edir. İranı misal gətirmək olar. Orada ölüm hökmü hələ də qüvvədədir. Amma heç bir xeyri yoxdur. Ağır cəza olaraq ölüm hökmü düzgün qərar deyil. Cinayətlərin haradan qaynaqlandığını tapmaq lazımdır. Təhsil, savad, hüquqi maarifləndirmə, konstitusiyaya hörmət cinayətlərin qarşısını ala bilər.

Hüquqşünas qadınlarla yanaşı kişilərin də şiddətə məruz qaldığını qeyd edib:

“İndiki dövrdə qadınlarla yanaşı kişilər də şiddətə məruz qalır.  Zorakılığa məruz qalan şəxs polisə, məhkəməyə müraciət etməlidir. Məhkəmə qərarı ilə order – yəni uzaqlaşdırma verilə bilər. Bununla da zorakılıqların, qadın ölümlərinin qarşısı alınar. Çexiya Respublikasında uzaqlaşdırma orderi ilə qadın zorakılığının qarşısı qismən alınıb. Təəssüf ki, qadınların çoxu xüsusi mühafizə orderinin nə olduğunu bilmir”.

Qeyd edək ki, dünyada hər gün qarşı cins tərəfindən 137 qadın qətlə yetirilir.

Lamiyə Dərgah

www.yenicag.az

341
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv