!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölüm saçan AVTOBUSLAR: Yarasız nəqliyyat vasitələri niyə hələ də xətdədir? – Ekspertdən SƏRT AÇIQLAMA

!Reklam – Yazi

“Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin əlahiddə texniki baxış mərkəzi yaradılmalıdır”.

Bunu ictimai nəqliyyat vasitələrinin fəaliyyətində olan nöqsanları şərh edərkən nəqliyyat eksperti İlqar Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

O, nəqliyyat vasitələrinə texniki baxışın qaydasında aparılmadığını bildirib:

“Hazırda Azərbaycanda 100-dən çox müxtəlif marşrut xətləri var. İndi bu marşrut xətlərinə nəzarət edən qurum Yerüstü Nəqliyyat Agentliyidir. Onların əsas işi sərnişin məmnuniyyətini təmin etməkdir. Bunun üçün keyfiyyətli xidmət göstərmək lazımdır. İstismar müddətini başa vuran bütün nəqliyyat vasitələri utilizasiyaya getməli və yenilənməlidir.

Təəssüflər olsun ki, sərnişindaşımanı həyata keçirən şirkətlərin əksəriyyəti özəldir və onlarda nəqliyyatın yenilənməsi haqqında anlayış yoxdur. Digər tərəfdən də onların həm parkını yeniləmə, həm də bazarda qala bilmələri üçün qazancları normal vəziyyətdə deyil. Buna görə də, Yerüstü Nəqliyyat Agentliyi bütün xətlərdə hərəkət edən avtobuslarla bağlı şirkətlərdə nəzarət mexanizmi qurmalı və tələblər irəli sürməlidir. O tələblər sırasında, məsələn, buraxılış müddəti 10 ildən artıq olan avtobus nəqliyyat vasitələrinin istifadəsi yasaq olunmalıdır.

Eyni zamanda, hər il onlar nəqliyyat vasitələri texniki baxışlardan keçirilməlidir. Bizdə texniki baxış elə bilirsiz ki, qaydasında aparılır?

Bəzi hallarda nəqliyyat vasitəsini gətirmədən sadəcə texniki pasportla yoxlamalar aparılır. Elə bilirsiz ki, texniki baxışdan keçəndə standartlara cavab verməyən nəqliyyat vasitəsinin hərəkətinin dayandırılması ilə bağlı qərar qəbul olunur? Əlbəttə ki, yox.

Ümumiyyətlə, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin əlahiddə texniki baxış mərkəzi yaradılmalıdır”.

Sadiq Cavadov

www.yenicag.az

207
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv