!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Ölüm xəbərini alanda hamımız sarsıldıq” - Xalq artisti

!Reklam – Yazi

“O səsdən bir də heç vaxt olmayacaq. Bəzən deyirlər ki, əvəzolunmaz sənətkar yoxdur, mən deyirəm ki, var. İslam Rzayev əvəzolunmaz xanəndə idi”.

Bunu bu gün doğum günü olan mərhum Xalq artisti, məşhur xanəndə İslam Rzayevlə bağlı xatirələrini bölüşərkən Zabit Nəbizadə Yenicag.az-a açıqlamasında deyib.

Z.Nəbizadə İslam Rzayevi bənzərsiz səs sahibi olmaqla bərabər, gözəl pedaqoq və mükəmməl insan kimi də dəyərləndirib:

“İslam Rzayev yeganə xanəndə idi ki, ən çətin janrda bəstələnən bəstəkar mahnılarının mahir ifaçısı idi. O, xalq mahnılarımızı, muğamlarımızı, eyni zamanda bəstəkar mahnılarını məharətlə ifa edirdi. İnsan kimi də əvəzi yox idi. Onun pedoqoji fəaliyyəti haqqında günlərlə danışmaq olar. İslam Rzayev musiqi aləmi üçün gözəl müğənnilər yetişdirib. Ömrünün son günlərində xəstəliklə mübarizə aparırdı. Amma səhhətinin ağır olmasına baxmayaraq tələbələrini unutmurdu. Onlara evdə dərs deyirdi. Elə oldu ki, səhhəti pisləşdi və onun kursunda oxuyan tələbələrə mən dərs deməli oldum. Hətta ən əziz tələbəsi Rövşən Əzizə Konservatoriyaya daxil olması üçün köməklik də etdim. Ölüm xəbərini alanda hamımız sarsıldıq, çünki elə insanlar və elə sənətkarlar tək-tək olur. İslam Rzayevin ömrünü bu gün onun musqiləri, lent yazıları davam etdirir. Çox arzu edərdim ki, televiziyalarımız dünyasını dəyişən sənətkarlarımızın lent yazılarını səsləndirsinlər. Gənc nəsil onları tanısın, dinləsin və zövq alsın”.

Cəvahir

www.yenicag.az

422
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv