!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ölümdən dönən Əli Mirəliyev: “Gecəyarısı əl açıb Allaha dua etdim ki…”

!Reklam – Yazi

“Bilirsiniz, seyidəm, gecəyarısı əlimi açdım Allaha, özümə dua etdim ki, mənə kömək olsun”.

Bunu ağır vəziyyətdə xəstəxanaya aparılan müğənni Əli Mirəliyev səhhəti barədə danışarkən Yenicag.az-a açıqlamasında deyib.

Sənətçi xəstəxanada olduğunu, lakin vəziyyətinin yaxşılaşdığını bildirib:

“Mədə ilə korbağırsaq arasında tıxac yaranmışdı. Vəziyyətim pisləşdiyi üçün xəstəxanaya çatdırıldım. Əməliyyat olunacaqdım, amma həkimlər dərman verdilər, dedilər, irəliləyiş olmasa, əməliyyat edərik.

Bilirsiniz, seyidəm, gecəyarısı əlimi açdım Allaha, özümə dua etdim ki, mənə kömək olsun. Səhərə yaxın vəziyyətim düzəldi, əməliyyata ehtiyac qalmadı. Hələ ki xəstəxanadayam, amma yaxşıyam, həkim müayinəsindən sonra evə buraxılacam”.

Cəvahir

www.yenicag.az

398
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv