!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ölümə ucalan" göydələnlər: "Tikinti sektoru korrupsiyalaşmış oliqarxların əlindədir" - RƏY

!Reklam – Yazi

“Tikinti sektoru korrupsiyalaşmış oliqarxların əlindədir”.

Bu fikri Türkiyədəki zəlzələdən və üzə çıxan fəsadlardan sonra Azərbaycanın da bu tip hallara hazır olması və hazırkı vəziyyəti dəyərləndirən Haqq Ədalət Partiyası (HƏP) Ali Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında səsləndirib.

Zəlimxan Məmmədli bildirib ki, Azərbaycan Türkiyədəki kimi hallara hazır deyil:

“Tikinti sektorunu strateji hesab edirəm. İnsanlar rahat yaşamalıdır. Yaponiyadakı kimi bilməlidir ki, 9,5 bal gücündə zəlzələ onun həyatını təhlükə ilə üz-üzə qoymayacaq.

Zaman-zaman Bakının mərkəzində hündürmərtəbəli binaların tikintisi dayandırılmalıdır deyə fikir səsləndirmişəm. Bakı partlayır. Zamanında baş memarımız Elbəy Qasımzadə ilə bir yerdə Bakının planının hazırlanmasında (red. Zəlimxan Məmmədli 1992-93-cü illərdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı olub) iştirak etmişəm. Bakının tutumu 2,5 milyondan artıq deyil. 2,5 milyon insan Bakıda yaşayarsa, heç bir problem olmayacaq. Ancaq Bakıda bəlkə də 5 milyon insan yaşayır. Tikinti sektorunda o vaxt normalar qəbul etdik ki, Bakının mərkəzində tikililər Qız qalasından hündür olmamalı, binalar Qız qalasından 1 metr aşağı olmalıdır. Yeni Bakı Bakının mərkəzində yox, Sumqayıt, Qaradağ istiqamətində olmalıdır. Bakının mərkəzi daha çox rahat, istirahət yerləri ilə zəngin olmalı, parklar salınmalıdır. O vaxt bunları planlaşdırırdıq, ancaq kağız üzərində qaldı.

İndiki zamanda tikinti sektoru korrupsiyalaşmış oliqarxların əlindədir. Bu çox qorxuludur. Dərman və tikinti dövlət nəzarətində olsa, xüsusi etibarlı, etimadlı komissiyalar o binaların istismarına icazə versə, nə isə düşünmək olar. Hündürmərtəbəli binalar risklidir. Çünki bina tikən adamların kapital yığmaq eşqi mənəvi məsuliyyətindən qat-qat üstündür.

Təklif edirəm ki, Bakıdakı bütün binalar həm ekspertiza, həm də invertarizasiya olunsun. Binaların yararlılıq əmsalı və seysmik dayanıqlılığı ölçülməli, ajiotaj yaratmadan binaların istismarı ilə bağlı optimal qərar verilməlidir. Əgər hansısa bina sökülməlidirsə, onu zəlzələ deyil, biz sökək.

Bakı, Abşeron seysmik zonadır. Bu zonaya yanaşmaq yeni təfəkkür tələb edir. Dövlət bu yöndə ciddi addımlar atmalıdır”.

Səxavət Məmməd

www.yenicag.az

476
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv