Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ölümlə mübarizə, gözə görünməyən düşmən, ağ xalatlı xilaskarlar -"Sayrışan işıqlar" Xəzər TV-də - VİDEO

Azərbaycan Film Akademiyasının istehsalı olan “Sayrışan işıqlar” serialı hər həftənin cümə günü saat 20:00-da Xəzər Televiziyasında yayımlanacaq.

Yenicag.az xəbər verir ki, “Sayrışan işıqlar” tibbi serialı kino sahəsində özünəməxsusluğu ilə fərqlənir və Azərbaycan seriallarından seçilir. Tibbi mövzunu əhatə edən serial eyni zamanda dedektiv, dram, romantik, komediya janrlarını özündə birləşdirir.

Ekran əsərinin ssenari müəllifi və quruluşçu rejissoru Zaur Tahirsoy, rejissoru İmran Ali Qurban, quruluşçu operatoru Elvin Mikail, montaj rejissoru İlkin Umarov, Bəstəkar Barbod Hozouri, montajor İlkin Hamidli, prodüseri Tural İntiqam oğlu, səs operatoru Teymur Məmmədov, qrim ustası Valentina Molniçenko, texnik Əli Bağırov və koordinatoru Təhminə Ağayevadır.

Aktyor heyətində isə Vəfa Zeynalova, Elman Rəfiyev, Rəşad Kəsəmənli, Vahid Orucoğlu, Elnar Qarayev, Ramil Məmmədov, İmran Ali Qurban, Məmməd Əlili, Şəbnəm Əliyeva, Fatimə Cavadzadə, Flora Hüseynova, Kərəm Hadızadə, Ramil Zeynalov, Zəhra Rəhbərqızı, Elşən Çarhanlı, Kəmalə Mehtiyeva, Elçin Hacı, Yasəmən Malik, Əmrah Dadaşov, Rumiyyə Ağayeva, Natali Jack və Leyla Babayeva yer alıb.

“Sayrışan işıqlar” serialının informasiya dəstəyi “Yeni Çağ” Media Qrupuna məxsusdur.

Gülşən Şərif

www.yenicag.az

3642
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100