Bir müddət öncə səhhəti pisləşən tanınmış bəstəkar, xalq artisti Oqtay Rəcəbovun səhhətində irəliləyiş olsa da, hazırda həkim nəzarəti altındadır.
Yenicag.az-a açıqlama verən xalq artisti hər gün azı 10 dərman qəbul etdiyini bildirib:
“Vəziyyətim çox ağır idi, kritik durumu atlatdım. Bir az da geciksəydim, əməliyyat olunmalıydım. Lakin həm də şəkərli diabet xəstəsi olduğum üçün bu həyati təhlükə yaradacaqdı. Həkimlər bədənimə yığılan suyu müalicə yolu ilə kənarlaşdırdılar. Amma bu vəziyyət yenidən təkrarlana bilər. Müalicə kursum davam edir. Qarşısını almaq üçün hər gün azı 10 dərman dəbul edirəm. Bir sözlə, həkim nəzarətindəyəm”.
Cəvahir