!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölüm saçan skuterlər, günü-gündən artan qəzalar - Paytaxt sakinlərindən ETİRAZ / VİDEOSORĞU

!Reklam – Yazi

Statistikaya görə, hər il Azərbaycanda təqribən min nəfərə yaxın insan yol qəzalarında həyatını itirir. Son zamanlar alternativ nəqliyyat vasitələrindən olan elektrik skuterlərin çoxalması da bu qəzaların artmasında böyük rol oynayır. Yəni biz rahatlıqla maşın və avtobus yolunda skuterlərə rast gələ bilərik. Skuterlər üçün ayrıca yolun olmaması da qəzaların hər gün daha çox artmasına səbəb olur.

Skuter sürücüləri sürdükləri yola yetəri qədər diqqət yetirmirlər və həddindən artıq sürət həvəskarıdırlar. Bu da onların digər avtomobillərə toqquşmasına, xəsarət almalarına və hətta ölüm riskinə qədər gətirib çıxarır.

Yenicag.az-ın əməkdaşları bununla bağlı paytaxt sakinləri arasında sorğu keçirib. Sorğuda iştirak edənlərin əksəriyyəti parkda, yollarda sürətlə hərəkət edən bu mikrohərəkətlilik sistemlərini təhlükə mənbəyi hesab etdiyini vurğulayıb.

Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov da Yenicag.az-a açıqlamasında bildirib ki, qanunvericiliyimizdə skuter nəqliyyat vasitəsi hesab edilmir:

“Skuterlər tıxacların qabağını almaq üçün ölkəmizə gətirilib. Lakin skuterlərin hərəkət etməsi üçün yerlər məhduddur. İstifadəçilərin bir qismi şəhərin küçələrində, bir qismi də Bulvar və istirahət parklarında skuter sürür. Bu da insanların narazıçılığına səbəb olur. İnsanlar skuterlərdən çox ehtiyat edir. Hətta sosial şəbəkələrdə də belə videolara tez-tez rast gəlirik. Qeyd edim ki, qanunvericiliyimizdə skuter kimi vasitələr nəqliyyat vasitəsi hesab edilmir. Ona görə də onlar üçün ayrıca yer yoxdur. Gələcəkdə isə skuterlər üçün yer ayrılması mümkündür. Bu bir növ əyləncədir və problem yaratmamalıdır”.

Ətraflı Yenicag.az-ın hazırladığı videoreportajda:

Şahanə Paşa

www.yenicag.az

368
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv