!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ölümsüz SƏS: “Məni görəndə deyirdilər, Həsənin artisti”

!Reklam – Yazi

“Azərbaycan tarixində 3 böyük bədii qiraət ustası olub: Kazım Ziya, Müxlis Cənizadə və Həsən Əbluc”.

Bu sözləri Yenicag.az-a açıqlamasında bu gün doğüm günü olan mərhum aktyor, rejissor və qiraətçi, Əməkdar artist Həsən Əblucu yad edərkən xalq artisti Yasin Qarayev deyib.

Həsən Əblucu bir sənətkar kimi dəyərləndirən aktyor onu həm də mükəmməl ata, ailə başçısı kimi də xarakterizə edib:

“Həsən Əblucla yaxın dostluq münasibətimiz olub. Müəllimim, ustadım idi, sonralar isə eyni teatrda bərabər işlədik, bir-birindən gözəl tamaşalarda rol aldım. Daha sonra onunla yaxın qonşu olduq.

Azərbaycan tarixində 3 böyük bədii qiraət ustası olub: Kazım Ziya, Müxlis Cənizadə və Həsən Əbluc. Gözəl səsə malik başqa qiraətçilərimiz də olub və bu gün də var. Amma digərləri o zirvəyə çata bilmədilər. Həsən Əbluc bizim teatra gələndə tamaşalara quruluş verdi və bütün tamaşalarda baş rolları mənə verdi. Öz tələbələrinə həmişə belə sevgi ilə yanaşırdı. Mükəmməl rejissor idi. Teatrda məni görəndə həmişə deyirdilər, Həsənin artisti. Mən bu sözlə fəxr edirdim. Həsən Əbluc ustad rejissor və aktyor idi. Ölümündən 30 il keçib, amma uşaqdan da soruşsan, onun səsini tanıyacaq. Heç onun üzünü də görməyiblər. Həsən Əblucun səsi daim yadda qalan və hafizələrə əbədi yazılan bir səsdir. Səsin də ömrü olur, Həsən Əbluc dünyadan köçsə də, onun səsi bu gün də ömrünü davam edir, yaşayır.

Həsən Əbluc həm də gözəl ata və ailə başçısı idi. Ailəsinə çox bağlı insan idi. O, mənim yaddaşımda həm də özünə və sənətinə hörmət edən dəyərli şəxsiyyət kimi qalıb”.

Cəvahir

www.yenicag.az

212
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv