!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ölümündən əvvəl qızına nəyi dönə-dönə tapşırmışdı? - Mərhum Xalq artisti barədə MARAQLI FAKT

!Reklam – Yazi

“Verilişlərə getməkdən zəhləsi gedirdi. Deyirdi ki, məni o qədər tərifləyirlər, adam özü utanır”.

Bunu bu gün doğum günü olan mərhum kinorejissor, Xalq artisti Eldar Quliyevlə bağlı xatirələrini bölüşərkən Şeyx Əbdül Mahmudbəyov Yenicag.az-a açıqlamasında deyib.

Ə.Mahmudbəyov sənət dostu ilə bağlı maraqlı xatirələrini danışıb:

“Eldarın rejissor kimi sənəti göz önündədir. Onun insani keyfiyyətlərindən danışmaq istəyirəm. Verilişlərə getməkdən zəhləsi gedirdi. Deyirdi ki, məni o qədər tərifləyirlər, adam özü utanır. Kino haqqında veriliş apardığım vaxtlarda bir-iki dəfə onu məcburi çəkilişə gətirmişdim. Əsəbiləşmişdi ki,  mən kino çəkənəm, gəlib orada nə danışacam. Çəkdiyim filmlər göz önündədir, sən filmlərim barədə tamaşaçılarımdan soruş deyirdi

O, çox imkanlı ailənin övladı idi. Amma heç vaxt özündənrazılığı yox idi. Səxavətli insan idi. Dostcanlığına söz ola bilməzdi. Eldarın məclisdə xüsusi yeri olurdu. O, həmişə hesabı özü verirdi. Heç vaxt qoymazdı ki, kimsə əlini cibinə salsın”.

Şeyx məşhur rejissorun son vəsiyyətini də xatırladıb:

“Adam əsl Azərbaycan kişisi idi. Ölümündən əvvəl son vəsiyyəti də məni çox qürurlandırdı. Ailəsinə təklif olunmuşdu ki, onu Birinci Fəxri Xiyabanda dəfn etsinlər. O, özü də bunu bilirdi ki, vəfatından sonra ailəsinə elə bir təklif olunacaq. Buna görə də qızına vəsiyyət etmişdi və qəti şəkildə dönə-dönə tapşırmışdı ki, onu yalnız həyat yoldaşının yanında dəfn etsinlər və başqa yerlər təklif olunsa, imtina etsinlər. Hər adamın işi deyil ki, Fəxri Xiyabandan rəsmi şəkildə imtina eləsin. Onun ailəsi Eldar Quliyevin vəsiyyəti ilə bu təklifi qəbul etmədi. Eldarın yoxluğunu Azərbaycan kinosu üçün böyük itki kimi dəyərləndirirəm”.

Cəvahir

www.yenicag.az

4347
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv