!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ölümünə rəqs edən “Şofer Əhməd” - Cəvahir Nehru yazır

!Reklam – Yazi

Tez-tez efirlərə çıxmağı sevməzdi. Elə bizim üçün də əlçatan müsahib deyildi. Zəng edib hansısa hansısa sualımıza cavab istəyəndə mehribançasına söhbətləşər, amma sualı cavablandırmaqdan yayınardı.

Kinomuzun indiki vəziyyətindən narazı olsa da, bu barədə danışmazdı, kimlərisə incitməkdən ehtiyat edərdi. Hər kəslə münasibətlərini qorumağı bacarırdı. Çünkü çox həlim insan idi. Soruşanda ki, niyə az-az görünürsüz, cavabı belə olurdu: “Ay qızım, illərlə qazandığım hörməti-izzəti bir günün içində yerə vurub, özümü ürvatdan salmaq istəmirəm”.

Özünə, sənətinə dəyər verən bir insan, həm də sənətini ucalarda tutan bir aktyor idi bizim “Şofer Əhməd”…

“Əhməd haradadır?” filmində “Şofer Əhməd” kimi adını milli kinomuzun tarixinə əbədi yazdıran Əməkdar artist, tanınmış aktyor Elxan Qasımovun bu gün doğum günüdür. Elxan Qasımovun yaradıcılıq qalereyasında digər həmkarları kimi, obrazların sayı o qədər də çox deyil. Müxtəlif filmlərdə epizodik rolları olub. Mənim yaddaşımda ən çox “Əhməd haradadır” da “Şofer Əhməd” və “Axırıncı aşırım” filmindəki Vəli obrazı ilə qalıb. Bu filmlərdə çəkilməsinin də səbəbi müəllimi görkəmli rejissor Ədil İsgəndərovun sayəsində baş tutub. Nədənsə Elxan Qasımov bu qədər istedadlı olmasına rəğmən, rejissorların diqqətini o qədər də üzərinə çəkə bilməyib. Halbuki aktyorun aşıb-daşan yarıdıcılıq potensialından yetərincə istifadə oluna bilərdi. Amma təəssüflər olsun ki, Elxan Qasımov bu mənada o qədər də şanslı olmayıb. 1969-cu ildən Azərbaycanfilm” kinostudiyasında inzibati işdə çalışıb. Bəlkə bu da onun yaradıcılıq taleyinə öz təsirini göstərib. Amma sevilən aktyor olub, Şofer Əhməd obrazının hələ də yaddaşlarda yaşaması buna ən gözəl sübutdur.

O, eyni zamanda rejissor idi. Xocalı faciəsinə həsr olunmuş “Biz qayıdayacağıq” filminə ekran həyatı bəxş edib. Amma daha çox filmi ekranlaşdırmaq istəyirdi. Amma bu istək də arzu səviyyəsindən uzağa gedə bilmədi.
Bəlli bir yaşa çatsa da, hələ də yaradıcılığı ilə bağlı arzuları yerinə yetirə bilməmək bəlkə də onu içdən üzürdü. Baxmayaraq ki, o, problemləri barədə danışmağı sevmirdi. Dedim axı, həlim, həm də insanlarla münasibəti qoruyub saxlamağa üstünlük verən bir insan idi. Bəzi həmkarları kimi ürəyini nə mətbuata boşaldırdı, nə də verilişlərə çıxıb, narazılığını ifadə edirdi. İçində yığılıb-qalan, onu incidən səbəblərə ürəyi də tab gətirmədi. Dəfələrlə müalicə olunsa da, ürəyi ona naxələf çıxdı. Səssiz-səmirsiz, xəbərdarlıq belə etmədən bir anın içində sevilən aktyoru əcələ təslim etdi. Aktyor illər öncə gənc yaşında avtomobil qəzasında dünyasını dəyişən oğlunun görüşünə tələsdi.

Bu gün doğum günüdür. Xoş günündə özü sussa da, Şofer Əhməd qol qaldırıb rəqs edir. Bu, həmişə belə olacaq. Çünki aktyorlar ölmür, sadəcə dünyalarını dəyişir.

www.yenicag.az

417
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv