Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ombudsman aparatı Emin Aslanovla bağlı açıqlama yaydı

Ombudsman Elmira Süleymanova gənc fəal Emin Aslanovun həbsi məsələsini araşdırıb.

Yenicag.az-ın məlumatına görə, iyunun 4-də internet səhifələrində və sosial şəbəkələrdə vətəndaş Emin Aslanovun həmin gün günorta saatlarında Dənizkənarı Milli Parkda mülki geyimli şəxslər tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılması və polis orqanları tərəfindən saxlanılması haqqında məlumatlar yayılıb.

Eyni zamanda Ombudsmanın qaynar xəttinə E.Aslanovun yaxınları və KİV-lər tərəfindən eyni məzmunlu müraciətlər daxil olmuş və köməklik göstərilməsi xahiş edilib.

Məsələ ilə bağlı Ombudsman Elmira Süleymanova tərəfindən dərhal Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə həmin şəxsin yerinin müəyyən edilməsi və hüquqlarının təmin olunması ilə bağlı müraciət edilib.

Araşdırma nəticəsində, hazırda E.Aslanovun inzibati qaydada həbs olunaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlama məntəqəsində saxlanıldığı müəyyən edilib.

Məsələ ilə bağlı araşdırma davam etdirilir.

Loading...

www.yenicag.az

1737
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100