!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ombudsman əməkdaşları Tofiq Yaqublu ilə görüşdülər

!Reklam – Yazi

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə başçəkmələr davam etdirilir.

Qurumdan Yenicag.az-a verlən məlumata görə, başçəkmələr zamanı MPQ üzvləri tərəfindən Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlama Mərkəzində, 16.01.2023-cü il tarixdə isə yeməkdən imtina etməsi ilə bağlı həmin mərkəzdən Ə.Məlikov adına Binəqədi Tibb Mərkəzinə köçürülmüş Tofiq Yaqublu orada fərdi qaydada qəbul edilib, onun səhhəti ilə maraqlanılıb, hüquqlarının təmini məsələsi araşdırılıb.

Konfidensial qaydada keçirilmiş görüşlərdə MPQ-nin psixoloq və həkim üzvləri də iştirak ediblər.

Görüş zamanı adıçəkilən şəxsin sağlamlıq vəziyyətinin həkim nəzarətində olduğu müşahidə edilib.

Qeyd olunur ki, T.Yaqublunun vəkil və ailə üzvləri ilə görüş hüququ ilə bağlı Ombudsmanın ünvanına daxil olmuş müraciətlər də dərhal araşdırılmaqla təmin olunub.

www.yenicag.az

291
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv