!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ombudsman Konstitusiya qanununda dəyişikliyə münasibət bildirdi

!Reklam – Yazi

Ombudsman Səbinə Əliyeva “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliyə münasibət bildirib.

Yenicag.az xəbər verir ki, S.Əliyeva bu gün Ombudsman Aparatının 20 illik yubileyinə həsr edilmiş “Ombudsmanların və milli insan hüquqları təsisatlarının biznes və insan hüquqları sahəsində rolu” mövzusunda Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransından sonra jurnalistlərə açıqlamasında bildirib ki, Ombudsman təsisatı haqqında Konstitusiya qanununa dəyişikliklərin olunması üçün proses başlanıb.

Ombudsman əlavə edib ki, vaxt keçdikcə zamanın tələbləri də dəyişir və “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya qanununda dəyişikliklər zəruridir.

“Konstitusiya qanunu 20 il bundan öncə qəbul edilib. Ona görə hesab edirəm ki, hazırda müəyyən dəyişikliklərin qəbul edilməsi üçün zaman yetişib.

“Biz həm öz tərəfimizdən olan təklifləri, həm də beynəlxalq qurumların bizə tövsiyyə etdikləri bir sıra dəyişiklikləri hökumət nümayəndələri ilə müzakirə etdik və ombudsman təsisatı haqqında Konstitusiya qanununa dəyişikliklərin olunması üçün proses başlanıb. Artıq qanun layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib”- deyə S.Əliyeva qeyd edib.

www.yenicag.az

307
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv