!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ombudsman: "Prezident seçkiləri tam şəffaf keçirilir"

!Reklam – Yazi

“Azərbaycanda prezident seçkiləri ilə bağlı səsvermə prosesi tam şəffaf keçirilir. Bakının əksər rayonlarında yerləşən seçki məntəqələrində olmuşam. Bu gün səhər səsvermə başlamazdan öncə məntəqəyə yaxınlaşanda, təəccübləndim. Məntəqənin qarşısında 10-12 seçici var idi. Bu da seçici aktivliyindən xəbər verir”.

Yenicag.az-ın məlumatına görə, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Elmira Süleymanova deyib.

O bildirib ki, ölkədə hərbi hissələrdə, cəzaçəkmə müəssisələrində də səsvermə prosesi şəffaf şəkildə həyata keçirilir:

“Seçkinin beynəlxalq və yerli müşahidəçilər izləyir. Onlar da prosesdən razıdırlar. Seçki məntəqəsində olarkən beynəlxalq müşahidəçi seçicilərin nizamlı-intizamlı olduğunu qeyd etdi. O bildirdi ki, sanki, ölkədə bayram ab-havasıdır”.

www.yenicag.az

1974
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv