!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

OMON-un Müsəlman mərkəzinə HÜCUMU - Müsəlmanlar Putinə MÜRACİƏT ETDİLƏR - VİDEO

!Reklam – Yazi

Rusiyada OMON-çular  müsəlman mərkəzinə basqın edib.

Yenicag.az Rusiya mediasına istinadla xəbər verir ki, Moskvada müsəlmanlar özbaşınalıq edən, xaos yaradan OMON zabitlərindən qorunmaq xahişi ilə Putinə müraciət ediblər.

“Biz Kotelniki şəhər rayonunun müsəlman icması Rusiya konstitusiyasının təminatçısı kimi hüquq və azadlıqlarımızı qorumaq üçün sizə müraciət edirik”, – deyə icma nümayəndələri qeyd ediblər.

Maskalılar dindarların namaza toplaşdığı bir vaxtda Kotelniki şəhərinin müsəlman mərkəzinə basqın edib.

Müsəlmanlara namazı tamamlamağa icazə verilməyib, onları üzü üstə yerə uzadıblar, sonra isə yanğınsöndürənlərin içindəkiləri tamamilə namaz qılanların üzərinə püskürdüblər.

Milli Hüquqşünaslar Assosiasiyasının prezidenti Ruslan Nağıyev “Kotelnikidəki ibadət otağında çevik polisin hərəkətlərində cinayət əlamətləri var” deyib.

“Biz bu alçaldıcı reydi həyata keçirən OMON əməkdaşlarının vəhşi hərəkətlərini qətiyyətlə pisləyirik, bu əməliyyat daha çox sənəd yoxlamasına deyil, xüsusilə təhlükəli cinayətkarların tutulması əməliyyatına bənzəyir”, – Moskva vilayəti Müsəlmanları Ruhani İdarəsi bildirib.

Məsmə

www.yenicag.az

3441
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv