!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ömrünü Neft Daşlarında keçirənlər - VİDEO

!Reklam – Yazi

“Xəzər Xəbər”də “Neft daşları”nın daimi sakinləri ilə bağlı reportaj efirə gedib. Reportajda ömürlərini dənizə bağlayanlarla bağlı təsirli məlumatlar paylaşılıb.

Yenicag.az xəbər verir ki, yola çıxdıqları təlatümlü dəniz gah onları sevgiylə qucaqlayar, gah da çılğınlıqla atıb-tutar. Getdiyi ünvan “Neft daşları” olan “Qara Qarayev” adlı bu gəmi düz 2 saat 30 dəqiqədən sonra mənzil başına çatır. Yolboyu kimi yataraq, kimi isə başını söhbətlə qataraq bu vaxtı başa vurur. Dənizin dəli dalğalarını izləyə-izləyə 15 gündən sonra sağ-salamat geri dönməyin xəyallarını da quranlar az olmur. Çünki dənizdəsənsə hər şey ola bilər.

“Neft daşları”nın sakini keçmiş günlərini belə xatırlayır. “Elə vaxt olur ki, nəvələri öpüb gəlirəm. Həyəcanlı günlər çox keçirtmişəm”
Onlar 2016-cı ildən bəri 120 nəfərlik sərnişin tutumu olan bu gəmidə “Neft daşları” istiqamətində gündəlik hərəkət edirlər. Bununla da Xəzər dənizinə bağlı ömürlər onun sularında dalğala-dalğalana davam edir.

www.yenicag.az

666
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv