!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ömrünün 57 ilini təhsilə sərf edən 90 yaşlı müəllim vəfat etdi

!Reklam – Yazi

Azərbaycan elm və təhsilinə böyük itki üz verib.

Yenicag.az xəbər verir ki, Məmmədov Oqtay İsa oğlu 90 yaşında dünyasın dəyişib.

Oqtay Məmmədov 1933-cu ildə Naxcıvan MR Əylis kəndində anadan olub, 1950-ci ildə Naxçıvan MR Müəllimlər İnstitutuna, 1952-ci ildə Azərbaycan Pedeqoji İnstitutuna daxil olub, 1956-cı ildə əmək faliyyətinə başlayıb. Naxçıvanda və respublikanın bir çox rayonlarında riyaziyyat müəllimi kimi fəaliyyət göstərib. Sonralar Bakı şəhəri 53 nömrəli məktəbdə uzunmüddətli fəaliyyət göstərib, eyni zamanda, Bakı Dövlət Universitetində metodist müəllim işləyib, bir çox elmi jurnal və qəzetlərdə 100-dən artıq elmi məqaləsi çap olunub, 57 il müəllim kimi fəaliyyət göstərib, Əmək ordeni və bir neçə medalla təltif edilib.

Bu gün ölkəmizin müxtəlif sahələrində Oqtay müəllimin dərs dediyi, onun yetişdirdiyi minlərlə ziyalılarımız, alimlərimiz, elm xadimlərimiz var.

Oqtay Məmmədovun yazmış olduğu elmi məqalələr bu gün ali təhsil ocaqlarında təhsil alan tələbələr üçün metodik dərs vəsaiti olaraq istifadə edilir.

Oqtay müəllim 57 illik müəllim kimi hər zaman imkansız, kasıb ailələrin övladlarının elmə-biliyə yiyələnməsi üçün daima çalışıb.

Allah rəhmət etsin!

 

www.yenicag.az

903
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv