!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Ömür sayğacı” ilə hesablaşmayan GƏNC AKTRİSA: “O yaşdan sonra qadınlardan qorxmaq...”

!Reklam – Yazi

“Yaş üstünə gələn yaşlarım mənim yaşadıqlarım, sınaqlarım, enişlərim, yoxuşlarım, yüksəlişlərim, ümumilikdə təcrübələrimdir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında doğum gününü qeyd edən aktrisa Günel Həmidova yeni yaş təəssüratlarını bölüşərkən deyib.

Aktrisa hər zaman təmtəraqdan qaçdığını vurğulayıb:

“Ad günlərimi təmtəraqlı keçirməyi elə də sevmirəm. Düzdür, bir neçə dəfə təmtəraqla qeyd edilən ad günlərim olub, onları da ailəm, yaxınlarım mənə sürpriz ediblər.

Hədiyyə almağı elə də sevmirəm. düşünürəm ki, ən gözəl hədiyyələri özüm-özümə edirəm. Hələ indiyə kimi özümə məndən yaxşı hədiyyə verən olmayıb. Ailəmin, oğlumun hədiyyəsi mənə hər zaman çox əziz, doğma gəlir”.

“Həyatınızda hansı rənglər dominant olub: boz, qara, yoxsa əlvan” sualını aktrisa belə cavablandırıb:

“Çox şükür, həyatımda əlvan rənglərin sayı daha çoxdur. Düşünürəm ki, fırça insanın öz əlindədir. İstəsə, həyatını boza da bürüyər, istəsə, çiçəklər açılar, günəş işıq saçar. Doğrudur, əlimizdə olmayan səbəblər, itkilər həyatımıza təsir edə bilir. Həyatın bir anda bozlaşması da mümkündür. Amma vaxt, zaman ən gözəl əlacdır. Gözəlliyi yaratmaq da, yıxmaq da bizim öz əlimizdədir”.

O, “ömür sayğacı”na əlavə olunan yeni yaşın doğurduğu hisslərlə bağlı düşüncələri ilə də bölüşüb:

“Belə bir deyim var ki, 30 yaşından sonra qadınlardan qorxun. Çünki artıq o həm gözəldir, həm də ağıllı. Bu deyimi çox sevirəm, ona uyğun davranıram. Mənə stimul verir. Ona görə yaş üstünə gələn yaşlarım mənim yaşadıqlarım, sınaqlarım, enişlərim, yoxuşlarım, yüksəlişlərim, ümumilikdə təcrübələrimdir. Bu günə kimi qeyd etdiyim bütün rəqəmlərim mənə doğmadır. Allahın mənə verdiyi ömrü sevə-sevə yaşayıram”.

Günel ən yadda qalan doğum günündən də danışıb:

“Ən yadda qalan doğum günlərimin sayı az deyil. Uşaqlıqda atalı vaxtlarda bütün ailəliklə keçirilən ad günlərimin əvəzi yoxdur mənim üçün. Son zamanlar da yadda qalan doğum günlərim olub. Mənim üçün kəmiyyət önəmli deyil, keyfiyyət olsun, yetər. Heç unutmadığım ad günlərimdən birini avtobusda qeyd etmişəm. Yaxınlarım sürpriz hazırlayaraq xətdə olan avtobuslardan birini dayandığım dayanacağa göndərmişdilər. Özləri də bərk-bərk tapşırmışdılar ki, avtomobillə gəlmə ha, dayanacaqda gözlə, biz səni götürəcəyik.

Elə də elədim. Avtobus “ças pik” vaxtı gəldi, içərisinin sərnişinsiz, boş olması məni şübhələndirdi. Mən salona daxil olan kimi qapılar bağlandı və avtobusun nömrəsinin işıqları söndürüldü. Salonu mənim şəkillərim ilə bəzəmişdilər. Gül büketləri, hədiyyələr və təbii ki gizli kamera məni çox təəcübləndirmişdi.

Kimə sual verəsən, kimdən soruşasan ki, bu nədir? Sürücü də gülə-gülə “doğum gününüz mübarək, mən başqa bir şey bilmirəm”, – deyib yoluna davam edirdi. Mənzil başına çatanda, restoranda yaxınlarım, doğmalarım, dostlarım, ailəmin təşkil etdiyi gözəl sürprizlə qarşılaşmışdım. O günü heç vaxt unutmayacağam”.

Cəvahir

www.yenicag.az

1392
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv