Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ömürlük məhkum edilmiş dustaq həbsxanada öldü

Azərbaycan Hüquq Müdafiə Mərkəzinin (HMM) məlumatına görə, fevralın 17-də Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində (Mərkəzi həbsxana xəstəxanası) ömürlük məhkum Arif Zeynəddin oğlu Mahmudov (1936-cı ildə anadan olub) infarkt nəticəsində vəfat edib.

O 1996-cı ildə güllələnməyə məhkum edilmişdi, ancaq ölüm hökmünün ləğvindən sonra 1998-ci ilin fevralında bu cəza növü ömürlük həbs ilə əvəzlənib, Turan bildirib.

Məlum olduğu kimi, Azərbaycan qanunvericiliyi ömürlük həbs cəzasının 25 ilini çəkdikdən sonra vaxtından əvvəl şərti azadlığa buraxılma imkanlarını nəzərdə tutur. Ancaq Azərbaycanda orta ömürlülüyü nəzərə alsaq – 72 il, o zaman bu “tarif” müddəti yaşlı ikən mühakimə olunmuş şəxslər üçün ölüm hökmünə bərabərdir.

Ölüm hökmünün ləğvindən sonra Qobustan həbsxanasında əvvəllər ölüm hökmünə məhkum edilmiş 128 dustaqdan 47-i ölüb. Onların bəzisi hətta Mahmudovdan cavan olub.

Hazırda ancaq iki dustaq həbsdə 25 il qalıb.

HHM Cinayət Məcəlləsinin 57.3-cü maddəsinə yenidən baxılmasına və tarif müddətini Avropa Şurası Nazirlər Komitəsinin uzun müddətə həbs olunmuşlarla davranış haqda qətnaməsində (№ R(76)) nəzərdə tutulduğu kimi çevik etməyə çağırır. Məhbusa islah olunduğu halda azadlığa çıxmaq şansı verən bu müddət hökmün bir hissəsi ola bilər və ömürlük həbs zamanı hakim tərəfindən təyin edilə bilər.(Turan)

www.yenicag.az

1000