!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

On bir saat dayanmadan bələdiyyəyə zəng edən şəxs HƏBS EDİLDİ

!Reklam – Yazi

Yaponiyada 11 saat ardıcıl olaraq bələdiyyəyə hədələyici zənglər edən şəxs həbs edilib.

Yenicag.az xəbər verir ki, bu barədə NHK televiziyası məlumat yayıb. Məlumata görə, Tokioya yaxın Saitama prefekturasında polis 59 yaşlı işsiz yerli sakini 11 saat ardıcıl olaraq yerli bələdiyyəyə hədə-qorxu zəngləri etdiyinə görə həbs edib.

Bildirilir ki, zənglərində həmin şəxs evindən xəstəxanaya gedən yol xərclərinin ödənilməsini tələb edib.

Bələdiyyə işçiləri ona sığortada belə bir kompensasiyanın nəzərdə tutulmadığını başa salmağa çalışsalar da, cavabında həmin şəxs “onlara cəhənnəm yaşadacağını” vəd edib.
O, şəxsən bələdiyyəyə gələcəyi və zorakılıq edəcəyi ilə hədələyib. Nəticədə həmin şəxs dövlət qurumunun işini qəsdən pozmaqda şübhəli bilinərək polis tərəfindən saxlanılıb.

Dindirilmə zamanı kişi günahını etiraf etməkdən imtina edib. O, əlavə suallara cavab verməyəcəyini, ancaq susacağını bildirib.

Xuraman Etibarlı

www.yenicag.az

133
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv