!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

On minlərlə uşaq ölə bilər - BMT-dən xəbərdarlıq

!Reklam – Yazi

“Humanitar vəziyyət sürətlə düzəlməzsə, Qəzzada on minlərlə uşaq həlak ola bilər”.

Yenicag.az xəbər verir ki, bunu BMT-nin Uşaq Fondunun sözçüsü Ceyms Elder Cenevrədə keçirdiyi brifinqdə deyib.

“Əgər humanitar vəziyyət, o cümlədən təmiz içməli suya çıxış tezliklə düzəlməzsə, Qəzzada ölən uşaqların sayının çox kəskin artacağını görəcəyik. Bu, minlərlə, hətta on minlərlə uşağın ölüm-dirim məsələsinə çevrilib”.

O, əlavə edib ki, son günlər bölgəyə yağan güclü yağışlar səbəbindən Qəzzada uşaqlar da epidemiya riski altındadır.

Bir gün əvvəl BMT-nin Uşaq Hüquqları Komitəsi Qəzzadakı müharibənin rekord müddətdə və onilliklər ərzində görünməmiş vəhşilik səviyyəsində çoxlu sayda insanın həyatına son qoyduğunu, beş həftə ərzində 4600-dən çox uşağın öldürüldüyünü bildirmişdi.

 

www.yenicag.az

139
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv