!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Onda da deyəcəklər, bu, elə 2 manatlıq aktyordur" - Əmrah

!Reklam – Yazi

“Məsələn, mən seriala 2 manata çəkilməyə razılaşsam, onda deyəcəklər ki, bu, elə 2 manatlıq aktyordur”.

Yenicag.az xəbər verir ki, aktyor Əmrah Dadaşov seriallarda qonorarın azlığından danışarkən belə deyib. O, son vaxtlar həyat yoldaşı aktrisa Asya ilə seriallara bərabər dəvət aldıqlarını, lakin qonorar qane etməməsi səbəbindən çəkilmək istəmədiklərini bildirib:

“Evlənəndən sonra Asya ilə məniim eyni serialda bərabər çəkilməyimizi istəyirlər. Amma bunun maddi baxımdan bir qarşılığı da olmalıdır. Məsələn, mən 2 manata çəkilməyə razılaşsam, onda deyəcəklər ki, bu, elə 2 manatlıq aktyordur. Bütün seriala da 2 manata çağıracaqlar. Ən yaxşısı budur ki, çəkilmirəm və nə vaxt istədiyim qonorarı verərlər, onda çəkilərəm”.

Sənətçi Türkiyədə çəkilən həmkarlarından da danışıb:

“Türkiyədə aktyorlarımız filmə çəkiləndə türk aktyorları qədər qonorar almırlar. Öyrənirlər ki, aktyor Azərbaycanda nə qədər qonorar alır, onlara da həmin pulu verirlər”.

Aktyor bu barədə “Gül kimi şou”da danışıb.

Nehru

www.yenicag.az

267
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv