Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Onlar bu xəbərdarlıqların ciddiliyini anlayaraq Xankəndiyə gəlməkdən çəkindilər” - ŞƏRH

Reklam: High Technic

“Ermənistan hakimiyyəti separatçılara dəstək məqsədilə Qarabağa səfər etməyin onlara baha başa gələcəyini təxmin edə bildilər”.

Bu fikirləri Qarabağ separatçılarının “müstəqillik günü” ilə bağlı Ermənistan rəsmilərinin Xankəndiyə gəlməmələrini şərtləndirən səbəblərə toxunan ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

 

Ekspert hesab edir ki, Ermənistanın hakimiyyət təmsilçiləri yaranmış şəraitdə Xankəndiyə getməyin mümkün nəticələrini təxmin edə biliblər:

“Qeyd olunmalıdır ki, 1992-ci ildən sonra ilk dəfədir ki, Ermənistan rəsmiləri Qarabağ separatçılarının qondarma “müstəqillik günü” münasibətilə Xankəndiyə gəlmədilər. Bu, əlbəttə ki, Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbənin yaratdığı bir vəziyyətdir.

Yəqin, hər kəs xatırlayır, hələ cəmi bir il əvvəl bu günlərdə Ermənistandan Qarabağa geniş heyət gəlmişdi və onlar Azərbaycanda əsəbləri tarıma çəkən həyasız davranışlara yol verirdilər.

Lakin artıq bir il əvvəlki ilə müqayisədə tam fərqli vəziyyət yaranıb. Azərbaycan işğal altındakı ərazilərinin böyük hissəsini azad edib. İndi istər Qarabağdakı separatçıların olduqları ərazilərə, istərsə də Ermənistanın öz ərazisinə Azərbaycanın tam şəkildə nəzarət-müşahidə imkanları xeyli artıb.

Ona görə də, Ermənistan hakimiyyəti separatçılara dəstək məqsədilə Qarabağa səfər etməyin onlara baha başa gələcəyini təxmin edə bildilər. Eyni zamanda, Azərbaycan tərəfindən bu günlərdə edilən ardıcıl xəbərdarlıqların da təsiri özünü göstərdi. Onlar bu xəbərdarlıqların ciddiliyini anlayaraq Xankəndiyə gəlməkdən çəkindilər.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan 10 noyabr üçtərəfli bəyanatdakı müddəaların tam şəkildə yerinə yetirilməsi üçün təzyiqləri artırmalı, Qarabağdakı separatizm yuvasının dağıdılmasına nail olmalıdır”.

A.Zeynalov

www.yenicag.az

409
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100