!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Onlar Laçın dəhlizindən keçərək qanunsuz erməni birləşmələrini "qidalandırmaqla" məşğuldur" - ŞƏRH

!Reklam – Yazi

“Azərbaycanın Vətən müharibəsindəki parlaq qələbəsi maraqlı dairələri regionda uzunmüddətli və ədalətli sülhün, sabitliyin təmin olunmaması üçün Qarabağ münaqişəsindən ölkəmizə qarşı təsir vasitəsi kimi yararlanmaqdan əhəmiyyətli dərəcədə, böyük ölçüdə məhrum edib”.

Yenicag.az xəbər verir ki, bu sözləri jurnalist, “Demokratik Azərbaycan Naminə” gənclərin İctimai Birliyinin sədri Elməddin Behbud deyib

O bildirib ki, az sayda da olsa ermənilərin Qarabağda kompakt yaşadığı ərazilər hazırda dörd tərəfdən Azərbaycan silahlı qüvvələrinin əhatəsində və dəqiq müşahidəsi altındadır.

“10 noyabr 2020-ci il üçtərəfli bəyannaməsinə əsasən Xankəndi və ətrafındakı ermənilər üçün yeganə nəfəslik Laçın dəhlizidir. Təəssüflər olsun ki, bəyannamənin ziddinə olaraq indi də məlum güclər Laçın dəhlizindən keçərək qanunsuz erməni birləşmələrini “qidalandırmaqla” məşğuldurlar.

Ermənistan 30 ilə yaxın müddətdə işğalda saxladığı Qarabağda dağıdıb viran etmədiyi məscid qoymamasına baxmayaraq hələ də yardımlarından istifadə etdiyi müsəlman dövlətləri var. Son iki ay ərzində İranın xeyli sayda yük maşını rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonası olan Azərbaycan ərazilərinə keçib. İyulun 11 -dən avqustun 8 -dək 35 İran maşını (4 yük maşını və 31 yanacaq daşıyan) 70 dəfə Laçın dəhlizinə daxil olub və geri qayıdıb. Onların giriş-çıxışı 11, 14, 16, 17, 20, 21, 27, 28, 29, 31 iyul və 3, 4, 5, 6, 7 avqust tarixlərini əhatə edir.


Avqustun 11-də Azərbaycanın bu məsələ ilə bağlı İrana nota verməsinə baxmayaraq qanunsuz daxilolmalar hazırda da davam etməkdədir. Azərbaycan hər zaman qonşuluq prinsipinə, həmçinin, çoxəsrlik tarix və mədəniyyət birgəliyinə hörmət əlaməti olaraq İrana münasibəti birmənalı olub. Beynəlxalq sanksiyalara baxmayaraq İranla qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini, iqtisadi və siyasi əlaqələrini inkişaf etdirməyə çalışıb. Təəssüflər olsun ki, istər birinci Qarabağ savaşı dövründə, istər Vətən müharibəsinə qədər, istərsə də bundan sonra bir çox hallarda İranın qeyri-adekvat münasibəti ilə rastlaşıb.
Sentyabrın 6-dan etibarən Azərbaycan və Türkiyə ordularının işğaldan azad olunan ərazilər içərisində ilk dəfə olaraq məhz Laçındakı hərbi təlimlər keçirməsi, 12 sentyabrda isə Bakıda Azərbaycan, Türkiyə, Pakistan xüsusi təyinatlılarının birgə təliminə başlanılması hələ də ölkəmizin 25 min erməniyə “status” verməsinə, bir sözlə “yaranın sağalmamasına” çalışan geosiyasi dairələrə açıq mesajdır. Bu mesajı doğru oxuya bilməyənlər, real hərbi və siyasi mənzərə ilə hesablaşmayanlar əmin olsunlar ki, qarşılarındakı güc ilə antiterror əməliyyatlarında qarşılaşandan sonra növbəti dəfə məğlubiyyətə uğrayacaqlar.

Bizi sevib sevməməklərindən asılı olmayaraq birdəfəlik dərk etməlidirlər ki, 10 noyabr 2020-ci ildən sonra Qarabağda Azərbaycana qalib gələ biləcək güc yoxdur!”

 

www.yenicag.az

665
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv