!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Onların siyasəti elə qurulub ki, bəzən müxtəlif məqsədlər naminə öz maraqlarını kənara qoyurlar” - ŞƏRH

!Reklam – Yazi

“Qərbin bir sıra ölkələri, xüsusilə də Fransa Azərbaycanın güclənməyini, bununla yanaşı, Ermənistanın zəif durumda qalmasını istəmir”.

Bu fikirləri Fransa Prezidenti Emmanuel Makronun Azərbaycanın ünvanına növbəti dəfə əsassız ittihamlar səsləndirməsinə münasibət bildirən professor Məhərrəm Zülfüqarlı Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, Makronun belə fikirlər səsləndirməsi sülh prosesinə zərbə vurmaqla bərabər, bu prosesdə bütövlükdə Qərbin iştirakını zərbə altında qoyur:

“Əslində, dəfələrlə deyildiyi kimi, konkret olaraq Fransanın ermənipərəstliyi nəzərə alınsa, Makronun növbəti dəfə Azərbaycan əleyhinə əsassız fikirlər səsləndirməsinə təəccüblənməli deyilik. Hər kəsə məlumdur, istər Fransa, istərsə də Rusiya Ermənistanın dəstəklənməsi məsələsində hər zaman eyni mövqedədirlər.

Artıq ortadan qalxmış ATƏT-in Minsk qrupunun həmsədrləri arasında ABŞ-nin nisbətə fərqli siyasət yürütdüyünü qeyd edə bilərik. Vaşinqtonun Qarabağ nizamlamasına yaxınlaşmasındakı bu fərq isə Amerikanın öz maraqlarından qaynaqlanır.

44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbə regionda tamamilə yeni şərait yaradıb. Bu şəraitdə Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən başqa yolu yoxdur. Əlbəttə ki, bu fonda Azərbaycanın güclənməsi və regionda təsir imkanlarını artırması faktdır.

Qərbin bir sıra ölkələri, xüsusilə də Fransa Azərbaycanın güclənməyini, bununla yanaşı, Ermənistanın zəif durumda qalmasını istəmir. Ona görə də zaman-zaman bu məzmunda bəyanatlar verərək, öz aləmlərində İrəvana dəstəklərini göstərirlər. Həm də bu yanaşma tək Azərbaycana qarşı deyil. Qardaş Türkiyəyə münasibətdə də eyni yanaşmanın şahidi oluruq.

Təbii ki, Makronun belə sərsəm fikirlər səsləndirməsi sülh prosesinə zərbə vurmaqla bərabər, bu prosesdə bütövlükdə Qərbin iştirakını zərbə altında qoyur. Ancaq onların siyasəti elə qurulub ki, bəzən müxtəlif məqsədlər naminə öz maraqlarını kənara qoyurlar. Bu baxımdan, Azərbaycanla Türkiyənin etməli olduğu əsas iş birgəliyimizi möhkəmləndirmək, daha da inkişaf edib güclənməkdir”.

A.Zeynalov

www.yenicag.az

459
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv