!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Onlayn satılan dərmanların gətirdiyi ACI SONLUQ - Ekspert əhaliyə ÇAĞIRIŞ ETDİ

!Reklam – Yazi

Son vaxtlar xaricdən, eləcə də ölkə daxilində onlayn dərman sifarişlərinin sayı günbəgün artmaqdadır. Müxtəlif ölkələrin istehsalı adı ilə satılan və onlayn sifariş edilməklə ölkəyə gətirilən, Səhiyyə Nazirliyi tərəfindən heç bir yoxlamadan keçməyən bu dərmanların insan səhhətinə yaratdığı təhlükədən çoxumuz bixəbərik.

Yenicag.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov əhalini bu yolla dərman almaqdan çəkinməyə çağırıb:

“Əhaliyə müraciət edərək birmənalı şəkildə bildirirəm ki, onlayn sifarişlə dərman almayın. Beynəlxalq İstehlakçı Təşkilatın verdiyi məlumata görə, onlayn dərman satışının 70 faizi saxta olur. Bir misal çəkim, 2013-cü ildə Amerikada dünyanın ən böyük dərman istehsalçısı olan “Fayzer” firmasının baş ofisində oldum. Bu məşhur firmanın rəhbərliyi bildirdi ki, heç vaxt onlayn sifarişlə dərman almayın. O, hətta “Fayzer” dərman şirkətinin dərmanlarının belə saxtalaşdırıldığını dedi. Orada olarkən mənə eyni dəmanın saxtasını və originalını verdilər. Mən özüm belə saxta ilə original dərmanı ayırd edə bilmədim. O dərəcədə ki, hətta originalı kənara qoyub saxta dərmanı seçdim. Saxta dərman satışının mühüm kanallarından biri onlyan vasitədir.

Ümumiyyətlə, dünyada saxta dərman dövriyyəsi 30 faizdir. 2000-ci illərin əvvəlində Azərbaycanda Dünya Gömrük Təşkilatının 3 günlük konfransı keçirildi. Dünyanın 53 ölkəsindən gömrük üzrə rəhbərlər toplaşmışdı. 3 gün ərzində dünyada saxta dərman satışı dövriyyəsi müzakirə olundu. Amma heç bir nəticə əldə olunmadı. Yəni saxta dərman dövriyyəsinin qarşısını amaq çox çətin məsələdir. Çünki dərmanın tərkibində olan kimyəvi aktiv maddə mikroqramlarla ölçülür”.

Cəvahir

www.yenicag.az

379
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv