!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Onsuz da bizdə partiya sədrlərinin çoxu siyasi ekspert kimi işləyir” – Abutalıb Səmədov

!Reklam – Yazi

“Ölkədə siyasi proseslərə təsir göstərmək iqtidarında olan partiyaların sayı çox azdır”.

Bu fikirləri son qurultayında fəaliyyətinin dayandırılması haqqında qərar qəbul edən Azərbaycan Naminə Alyans Partiyasının (ANAP) sədri Abutalıb Səmədov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, siyasi fəaliyyətlə məşğul olanlar xalqın mövcud partiyaların say çoxluğuna neqativ münasibətini nəzərə almalıdırlar:

“Açığı, bizim bu qərarımıza elə bir münasibət bildirən olmadı. Ancaq hesab edirəm ki, hamı düşünmək məcburiyyətindədir. Yəni “mənim partiyam var” iddiasını səsləndirməkdən ötrü dəyərmi ki, guya Azərbaycanda, həqiqətən də, altmışdan artıq siyasi partiya var? Üstəlik də, sayları şişirdərək, “mənim on beş min, iyirmi min üzvüm var” deməklə…

Xalq bu qədər bölünməyə dəstək vermir, bu göz qabağındadır. Xüsusilə İkinci Qarabağ müharibəsi göstərdi ki, partiyaların sayının artmasını insanlar parçalanma kimi qəbul edirlər. Hər kəs bilir ki, ölkədə siyasi proseslərə təsir göstərmək iqtidarında olan partiyaların sayı həddindən azdır. Partiyalar bu reallığı götür-qoy etməlidirlər.

Təbii ki, bizim partiya beş min üzv məsələsini həll edə bilərdi. Lakin xalq partiyalara dəstək vermirsə, siyasi arenadan çəkilmək lazımdır. Onsuz da bizdə partiya sədrlərinin çoxu siyasi ekspert kimi işləyərək, proseslərə münasibət bildirməklə məşğuldurlar. Az qala hər gün bir neçə telekanalda ekspert kimi çıxış edirlər. Türkiyədə, yaxud da başqa ölkələrdə belə bir halı müşahidə etdinizmi?

Gələcəklə bağlı indidən nə demək olar? Mən hələ ki fəaliyyətimi siyasi maarifləndirmə istiqamətinə yönəltmək niyyətindəyəm. Elə indiyə qədər də fəaliyyətimin əsas hissəsini bu iş təşkil edib”.

A.Zeynalov

www.yenicag.az

296
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv