!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Onu bu halda görmək mənə ağırdır” - Meyxanaçı Kərimin SON DURUMU - Ağamirzə AÇIQLADI

!Reklam – Yazi

Bir müddət öncə insult keçirən məşhur meyxanaçı Ağakərimin (Kərim Novruzov) səhhətində dəyişiklik yoxdur.

Bunu Yenicag.az-a açıqlamasında sənətçinin yaxın dostu Ağamirzə deyib.

O, sənət dostunun ən böyük arzusunu da dilə gətirib:

“Kərim necə var, elədir. Səhhətində nə irəliləyiş var, nə də geriləmə. Danışa bilmir. Yanında olanda hiss edirəm ki, söhbət etmək istəyir, amma nitqində problemlər olduğundan fikrini çatdıra bilmir. Amma gözlərindən başa düşürəm ki, yaşamaq həvəsi çox güclüdür. Arzuları var, ayağa durub əvvəlki sağlam həyatına qovuşmaq istəyi ilə xəstəliklə mübarizə aparır. Bir yaxın dost kimi Kərimin yataqdakı halını görmək mənə ağır gəlir. Allahdan ümid kəsilməz. Həkimlər müalicəsini yazır, mütəmadi ev şəraitində müalicə olunur”.

Qeyd edək ki, meyxanaçı Ağakərimin 2017-ci ildə beyninə qan sızıb. Yataq xəstəsi olan sənətçinin yaddaşında və nitqində də problemlər var.

Cəvahir

www.yenicag.az

1291
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv