!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Onu itiririk...” - Ağır xəstəliklə çarpışan aktyorun xanımı KÖMƏK İSTƏDİ - VİDEO

!Reklam – Yazi

“Elvinin görüntüsünü çəkəndə o bir söz işlətdi ki, mənə kömək edin, bəlkə də, son günlərimdir. Bu sözü eşidəndə dünyam qaraldı”.

Bunu Yenicag.az-a açıqlamasında ağır xəstəliklə mübarizə aparan gənc aktyor Elvin Ağayevin həyat yoldaşı Elvina Ağayeva deyib.

O, Elvinin səhhətinin getdikcə ağırlaşdığını bildirib:

“Elvinin vəziyyəti çox ağırdır. Hər an onu itirə bilərik. Bu sözü dilimə gətirmək mənim üçün çox dəhşətlidir. Həmişə belə xəstələrin yaxınlarını, doğmalarını görəndə düşünürdüm ki, necə dözə bilirlər. Elə bilirdim, mən onların yerinə olsam, ölərdim. İndi özüm o vəziyyətdəyəm. Balaca oğluma görə dözürəm. Hər gün ağlayır, atasını istəyir.  Övladıma xatir göz yaşımı içimə axıdıram. Sevdiyim insan gözümün qabağında ölümlə mübarizə aparır. Təcili əməliyyata girməlidir, amma hepatit xəstəliyinə görə bu, mümkün də  deyil. Əməliyyata girmək üçün birinci bu xəstəlik aradan qaldırılmalıdır. 12-13 min arası məbləğ toplanıb, bu da ancaq  dərmanlara, analizlərə, müalicələrə xərclənir. Mənəvi və maddi dəstək olanlar var, amma bu, yetərli deyil. Amma ümid edirəm ki, ona kömək olunacaq və Elvin  sağalacaq”.

 

Cəvahir

www.yenicag.az

1042
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv