!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Onu o qədər qovacam ki…” - Məşhurların dovşan ilindən GÖZLƏNTİLƏRİ - SORĞU

!Reklam – Yazi

Pələng ilinin başa çatmasına sayılı günlər qalıb. Qaprşıdan dovşan ili gəlir. Yırtıcı pələngdən sonra xaraktercə sakit, qorxaq, eyni zamanda cəld və çevik olan dovşanın gəlişinə sevinənlər də var.

Yenicag.az tanınmışlar arasında keçirdiyi “Dovşan ilindən nə gözləyirsiz?” sorğusunu təqdim edir:

Natiq Fərzəliyev, aktyor:

“Deyirlər, dovşan qorxaq heyvandır. Əgər qorxaqdırsa, o dovşanı uğurlarıma çatana qədər qovacağam. Dovşan ilinin mənim üçün uğurlu və yaddaqalan olacağına inanıram. İlin əvvəlindən mənim barəmdə xoş xəbərləri eşidəcəksiz”.

Sevinc Musayeva, müğənni:

“İlin hansı hevan üstündə təhvil olduğuna fikir vermirəm. Çünki insan həyatının illərlə heç bir əlaqəsi yoxdur. Həmişə düşünmüşəm ki, insanın ilboyu qazandığı uğurlar və uğursuzluqlar öz əlindədir. Hansı il olmasınını fərqi yoxdur, insan öz üzərində işləməli və müdrikliyə doğru getməlidir. İldə bir dəfə özünə hesabat verməlidir ki, nə günah iş gördüm, nə savab qazandım, kimin qəlbini qırdım və s. Növbəti ildə bu səhvləri təkrarlamadan irəliləməlidir”.


Mənsurə Əhmədova, aktrisa:

“Dovşan ili pişik ili kimi də qəbul olunur. Pişik ən sevdiyim ev heyvanıdır. Bu ildən gözləntim, qarşıma ancaq yaxşı, dürüst, səmimi insanlar çıxmasıdır. Əlbəttə ki, yeni və maraqlı yaradıcılıq işləri ilə bol olmasını gözləyirəm.

Nazim Pişyari, müğənni:

“Pələng ili bütün dünyada savaşlarla, itkilərlə yadda qaldı. Pələng özü yırtıcı heyvan olduğundan savaşları da yırtıcı xarakter daşıyır. Amma dovşan qorxaq heyvan olduğuna görə düşünürəm ki, 2023-cü ildə insanlar bir-birindən çəkinər, qorxaqlıq göstərərlər. Bir də dovşan qaçan heyvandır. Ermənilər yəqin ki, birdəfəlik Qarabağdan qaçıb gedəcəklər, canımız birdəfəlik qurtaracaq. Güney Azərbaycanda da soydaşılarımız haqsızlıqlarla üz-üzədir. Düşünürəm ki, fars rejimi, elə rus rejimi də dovşan ilində dovşanlıq edib geri çəkilər. Haqq-ədalət öz yerini tutar, inşallah”.

 

Fəxriyyə Lilpar, aparıcı:

“Bu həyatda çox pələnglərin sonunu dovşan görmüşük. İndi pələng yerini dovşana verir. Dovşanın ürkəkliyi, qorxaqlığı deyil, arzu edirəm ki, cəldliyi, çevikliyi hamıya kömək olsun”.

Cəvahir

www.yenicag.az

749
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv